
Daxili İşlər orqanlarında yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Ağstafa rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Kərimov İlham vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə, o, Ucar rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Hələlik Ağstafa rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat yoxdur.(Unikal.org)
Nyus.Az

























