
Daha bir ölkədə karantin rejiminin yumşaldılması yoluxma sayının artması ilə nəticələnib.
Milli.Az haberglobal-a istinadla bildirir ki, Kanadanın Ontario əyalətinin mərkəzi şəhərə olan Torontoda bir sutkada koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilib.

Buna səbəb kimi isə, gecə klublarının açılması göstərilir. Belə ki, mütəxəssislərin etirazlarına baxmayaraq diskoteka və stripriz klubların açılması yoluxma sayının artmasına gətirib çıxarıb.
Məlumata görə, test nəticələri müsbət çıxan kişilərdən 550 nəfəri bu virusa "Brass Rail Tavern" striptiz klubunda yoluxub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə Kanadada bu vaxta qədər 122 mindən çox insanın koronavirus testi müsbət çıxıb, 9,026 nəfər Covid-19 səbəbindən dünyasını dəyişib.
Nyus.Az

























