• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
14-08-2020, 07:53

Virusdan qorunmaq üçün yeganə yol...

Virusdan qorunmaq üçün yeganə yol...


Ölkəmizdə ilk yoluxma halları müşahidə edilən kimi dərhal karantin tədbirləri tətbiq olunmağa başladı və yoluxmaların sayı kifayət qədər azaldı. Karantin tədbirləri hazırda davam edir, sərtləşdirilmiş karantin tədbirləri də tətbiq edildi. Sonra məhdudiyyətlər yumşaldıldı, yumşalmadan sonra yenidən yoluxmaların sayında artım qeydə alındı. Ay yarım əvvəl ölkəmizdə gün ərzində yoluxanların sayı 500-600-ə çatırdı. Yoluxma artırsa, deməli, xəstələrin də sayı çoxalır və buna uyğun olaraq stasionar müalicə müəssisələrinə də ehtiyac çoxalır. Hətta elə vəziyyət yaranır ki, pandemiya xəstəxanaları dolmaq üzrə idi. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah düzgün olaraq karantin rejiminin sərtləşdirilməsi haqqında qərar qəbul etdi və bunun nəticəsində yoluxma halları 100-dən aşağı rəqəmə düşdü. Bu, əlbəttə ki, yaxşı göstəricidir, lakin qətiyyən arxayınçılıq hissi yaratmamalıdır. Bunu mütləq nəzərə almaq lazımdır ki, indi pandemiya dövrüdür, yoluxmalar var, infeksiya mənbələri və yoluxma ocaqları var. Ehtiyatın əldən verilməsi yoluxma sayında yenidən çoxalmaya səbəb olar. Yumşalma tədbirləri avqustun 4-də oldu və bundan sonra daha böyük yumşalma tədbirləri gözlənilir. Bu cür yumşalma tədbirləri insanların sıxlığı və ünsiyyətin çoxalması ilə müşahidə olunur və yenidən çoxalma sayının artması ilə üzləşmək təhlükəsi ola bilər. Bunun baş verməməsi üçün qorunma tədbirlərinə daha ciddi əməl etmək tələb olunur. Qaydalara əməl edilməməsi yoluxma sayının çoxalmasına səbəb ola bilər və bunun nəticəsində yumşaltma sahəsindəki növbəti addımlar təxirə salına bilər. Ona görə də bu sahədə əsas məsuliyyət vətəndaşların üzərinə düşür.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.

Komitə sədri qeyd edib ki, epidemiya və pandemiyalar həmişə olub: "Bəlkə də həyat, yaşayış mövcud olandan onlar var. Yüz il bundan əvvəl ispan qripi mövcud olub, ondan sonra yaranan quş qripi, SARS, MERS və s. kimi pandemiyalar həmişə gözlənilir. Hələ mən daha əvvəllər mövcud olan taun, çiçək və s. epidemiyalarından danışmıram. İnsan yaranandan həmin mikroorqanizmlər xəstəlik yaradır və yayılır. Xəstəliklər epidemiyaya, bəzən hətta pandemiya halını alır. İndi bütün dünyanı daha çox COVID-19 xəstəliyinin törədicisi maraqlandırır və onun mutasiyası ilə əlaqədar son vaxtlar çoxlu diskussiya və müzakirələr gedir. Virusda olan mutasiya onun yoluxduruculuq qabiliyyətini müəyyən qədər artırır. Bu, ilk dəfə İtaliyada aşkar edilib və dövr edən virusların 3 faizə qədəri mutantlardan ibarət olub. Yaxşı ki, mutasiya daha ağır xəstəlik törətmək formasında getmədi və həmin xoşagəlməz halla üzləşmədik. Ola bilsin ki, zaman keçdikcə bu virus dominantlıq edəcək və bu, bir daha onu göstərir ki, daha qəti şəkildə ondan qorunmaq lazımdır. Ona görə də vaksin tapılmayanadək isə qorunma tədbirlərinə ciddi əməl olunmalıdır. Əlbəttə, pandemiya çox uzun illər davam edə bilməz və əvvəl-axır bitərək narahatlığa son qoyulacaq".

Professor hazırkı şəraitdə vətəndaşların infeksiyadan özlərini qoruması barədə danışarkən bunları söyləyib: "İki qorunma tədbiri var: biri maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara, xüsusən əl gigiyenasına əməl etməkdən ibarətdir, digəri isə vaksinasiyadır. Hazırda dünyanın əksər ölkələrində aparıcı şirkətlər vaksin hazırlanması ilə çox ciddi və intensiv şəkildə məşğul olurlar. Lakin o da məlumdur ki, vaksin hazırlanması uzun və mərhələli prosesdir, üstəlik tam təhlükəsiz və COVID-19-dan qoruyan vaksin istehsalı bu yaxınlarda gözlənilmir, biz az da dəqiq desək, ən azı yaxın bir-iki ayda onu gözləməyə dəyməz. Doğrudur, bəzi şirkətlər iki aydan sonra vaksinasiyaya başlayacaqları barədə məlumat yayırlar, lakin bu, inandırıcı deyil və ən yaxşı halda bu, gələn ilin əvvəllərində mümkün ola bilər. Ona görə də indiki halda yeganə qorunma tədbiri maska, məsafə saxlanılması və əl gigiyenası olaraq qalır".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az