Qubada evini tərk edən koronavirus xəstəsi saxlanıldı
Quba rayon sakini Elnur Bayramova, COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan virtualaz.org-a verilən məlumata görə, yerli polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.