
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, iclasda "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
"REAL TV"nin yaradıcısı Mirşahin Ağayevdir. Kanalın formalaşmaqda olan kollektivi arasında ANS-in populyar simaları da yer alıb.



























