
Aktrisa Neslihan Atagül "Youtube" kanallarından birinə qonaq olub.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, aktrisa yaradıcılığından və şəxsi həyatından danışıb. Neslihan kamera qarşısında çox utandığını deyib: "Rolum üçün yox, bir Neslihan olaraq kamera qarşısında utanıram, sıxılıram. Amma hansısa obrazı canladıranda çox rahat oluram".
Atagül uşaq sahibi olmağı istəyib-istəməməsi sualına belə cavab verib: "Yəqin ki, istəyirəm. Bu işlər planla olmur. Evlənmişik, gözəl bir hissdir. Uşaq sahibi də olaram, yəqin. Kim istəməz ki, uşağı olsun?"

























