
PSJ klubunun Fransa çempionatının 27-ci turu çərçivəsində "Marsel"ə qarşı keçirilən matçda (3:0) topuğundan zədə alan futbolçusu Neymar Braziliyada uğurla əməliyyat olunub.
Virtualaz.org bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidmətinə istinadən "Fox Sports"a istinadən məlumat yayıb.
Braziliya yığmasının həkimi Rodriqo Lasmar bildirib ki, Neymar zədə üzündən üç ay oynaya bilməyəcək. Forvard Çempionlar Liqasının 1/8 finalının "Real"a qarşı keçiriləcək cavab matçını dəqiq buraxacaq. Görüş matrın 6-da keçiriləcək. Birinci matç 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

























