
Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu vəzifəsindən azad edilib.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi.
Yeni sərəncamla Elnar Məmmədov Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri təyin olunub.
Nyus.Az

























