
Türkiyənin tanınmış modeli Simge Tertemizlə modelyer Eylem Tertemizin 60 yaşlı atası Metin Tertemiz 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Metin Tertemiz bacısı ilə birgə yaşadığı evin pəncərəsindən düşüb. Hadisə yerinə təcili yardım çağrılsa, onun həyatını xilas etmək mümkün olmayıb.
Modelin atasının cəsədi tibbi ekspertizaya göndərilib.
Simge atası ilə fotosunu sosial şəbəkədə paylaşaraq "Kədərimiz təsvir edilə bilməz, gedişin çox tez oldu. Haqqını halal et, atam. Məkanın cənnət olsun" yazıb.
Nyus.Az

























