
REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçının azad olunması üçün müraciət edib.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, Əməkdar artist Röya Ayxan İnstaqram hesabında tanınmış telejurnalistin bu müraciətini alqışlayıb.
"Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək", - Röya Mirşahinin çıxışını paylaşaraq yazıb.
Sənətçi, həmçinin #fedayeniazadedek adlı dəstək həştəqi də açıb.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu "Qoca" ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.
Nyus.Az

























