• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
19-05-2019, 08:49

“Avroviziya-2019”un qalibi müəyyənləşib - YENİLƏNİB - FOTO

“Avroviziya-2019”un qalibi müəyyənləşib - YENİLƏNİB - FOTO

İsrailin paytaxtı Tel-Əvivdə "Avroviziya-2019" mahnı müsabiqəsinin qalibi müəyyən edildi.

Nyus.Az oxu.az-a istinadən bildirir ki, builki müsabiqənin birincisi Niderland təmsilçisi Dunkan Lorens (Duncan Laurence) olub.

O, "Arcade" mahnısını ifa edərək həm münsiflərdən, həm də ki tamaşaçılardan ümumilikdə 492 xal qazanıb.

II yeri 465 xalla İtaliya təmsilçisi Mahmud (Mahmood) tutub, müsabiqənin üçüncüsü isə Rusiya təmsilçisi Sergey Lazarev olub - 369 xal.

Qeyd edək ki, İsraildə keçirilən 64-cü "Avroviziya" mahnı müsabiqəsində 41 ölkənin nümayəndələri iştirak edib. Birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizə aparıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında "Truth" (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.

02:22

Səsvermə bitdi.

01:24

Artıq iştirak edən 26 ölkənin hər birinin təmsilçisi mahnısını təqdim edib.

İfaların ardında səsvermə açıq elan olunub.

01:09

"Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında Təl-Əvivdə keçirilən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Çingiz Mustafayev səhnəyə çıxıb.

Nyus.Az musavat.com-a istinadən xəbər verir ki, 20 nömrə altında tamaşaçıların qarşısına çıxan ifaçı səhnədə "Truth" mahnısını canlı ifa edərək şousunu göstərib. Səhnədə quraşdırılan üçbucaq formal, kənarları işıqlı dekorasiya və arxa fonda verilən mavi dalğa effektləri Çingizin performansını daha da rəngarəng edib. Onun ifası zamanı səhnədə qadın surəti peyda olub. Bundan əlavə, səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirib.

Xarici ölkə mətbuatı yazır ki, robotların hərəkətlərinin öz anlamı var. Belə ki, onlar sevgi əzabı çəkən ifaçını xilas etməyə çalışır.
Həmçinin, Çingizi 5 bek-vokalçı müşayiət edib. Lakin onlar səhnədə görünməyib. Bek-vokalçıların tamaşaçılara görünməməsini səhnəciyi hazırlayan xareoqraf istəyib. Çingizin performansının müəllifi ukraynalı xareoqraf Konstantin Tomilçenkodur.
Çingiz mahnının sonunda muğam ifa edib. Həmyerlimizin çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, hazırda bukmeykerlərə görə Çingiz 8-ci yerdədir.

01:05

Xəbər verdiyimiz kimi, hazırda bütün Avropanın diqqəti İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsindədir.

Nyus.Az oxu.az-a istinadən bildirir ki, yarışmada ölkəmizi 20-ci nömrə altında təmsil edən müğənni Çingiz Mustafayev yenidən Ekspo Mərkəzin səhnəsinə çıxaraq möhtəşəm perfomans sərgiləyib.

Çingiz Avropa tamaşaçısına ifası ilə "Həqiqət"i (Truth) çatdırıb. Mustafayevin səhnə dekorasiyasında üçbucaq formalı, kənarlarında işıqlar quraşdırılan, arxa fonda mavi dalğalı effektlərlə qadın silueti nəzərə çarpıb. Həmçinin səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə Çingizin ürək nahiyyəsinə ürək şəklini həkk etdiriblər.

Eyni anda sarı rəngdə işıqlarla arxa fonda ürək şəkili canlanıb.

Qeyd edək ki, bir müddət sonra mahnı yarışmasında səsverməyə start veriləcək. Tel-Əviv Ekspo Mərkəzindən 41 ölkəyə canlı bağlantı qurulacaq. Hər bir ölkənin tanınmış siması 1-dən 12-dək digər ölkələrin hesabına səs göndərəcək.

Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dilində elan edəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.

00:07

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində "Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Nyus.Az xəbər verir ki, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada təmsilçimiz Çingiz Mustafayev "Truth" mahnısı ilə birincilik uğrunda mübarizə aparır.

Müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

Müsabiqənin birinci yarımfinalının nəticəsinə görə, 10 ölkənin təmsilçisi finala çıxıb. Beləliklə, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya birinci yarımfinaldan qalib ayrılıblar.

İkinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev "Truth" mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb. Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb. Çingiz Mustafayevlə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.

Xatırladaq ki, İsrail festivalın keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda "Eurovision" müsabiqəsində israilli Netta Barzilayın "Toy" mahnısı ilə qazandığı qələbədən sonra nail olub.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.

18.05.2019

23:54

İsrailin paytaxtı Tel-Əviv şəhərində düzənlənən sayca 64-cü "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin final gecəsi start götürüb.

Nyus.Az oxu.az-a istinadən bildirir ki, birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizəyə başlayır.

Bütün çıxışlar yekunlaşdıqdan sonra müsabiqədə iştirak edən 41 ölkə ilı canlı bağlantı qurulacaq. Hər bir ölkənin tanınmış siması 1-dən 12-dək digər ölkələrin hesabına səs göndərəcək. Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dildə elan edəcək.

Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Keçirilən bu özəl səsvermə prosesi yarışmanın ən çox maraq və müzakirə olunan anlardan biridir. Bu cür səsvermə şəffaflığın təmin edilməsi məqsədi ilə aparılır.

Yarışmaya əlavə rəng qatmaq üçün illər öncə " Eurovision"da qalib gələn və yaddaşlarda həkk olunan Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka çıxış edəcək. Mahnı müsabiqəsinin fəxri qonağı dünya şöhrətli müğənni Madonna olacaq. Pop kraliça bu gecə səhnədə özəl repertuar və gözoxşayan şou sərgiləyəcək.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

Qeyd edək ki, ölkəmizi nüfuzlu beynəlxalq müsabiqədə müğənni Çingiz Mustafayev "Truth" (Həqiqət) adlı mahnı ilə 20-ci nömrə altında təmsil edəcək.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az