
Müğənni Türkan Vəlizadə ifalarından birində onu Rəmişin müşayiət etməsini istədiyini açıqlayıb.
Nyus.Az ölkə.az-a istinadən bildirir ki, o, bu barədə "Hər şey daxil" verilişində bildirib. verilişin aparıcısı Tolik isə Türkanın bu istəyinə "əlin cibində olsun" replikasıyla cavab verib. Vəlizadə Tolikin replikasını belə cavablandırıb:
"Baş üstə. Gərək sənətkar qədri biləsən ki, özün də hansısa səviyyəyə gəlib çatasan. İnanın ki, sənətkar qədri bilməyən sənətçinin axırı yoxdur".
Nyus.Az

























