
Bu gün Nizami Kino Mərkəzində "Milyonluq quş" kinosunun qala gecəsi keçirilib.
Nyus.Az Milli.Az-a istinadən xəbər verir ki, təqdimat mərasimində türkiyəli aktyorlarla yanaşı yerli məşhurlar da iştirak ediblər.
Qalaya Dilarə Əliyeva, Türkan, Roza Zərgərli, Hacı Nuran, Azər Axşam kimi tanınmışlar da qatılıblar. Mərasimdə izdiham yaşanıb.
Qeyd edek ki, "Artlemma" film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb. Həmçinin Arif Quliyev, Nofel Şahlaroğlu, Qurban Məsimov və Teymur Məmmədov da sözügedən filmdə çəkiliblər.
Film sabahdan filmsevərlərin ixtiyarına veriləcək.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Nyus.Az

























