• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
19-09-2018, 08:20

Günel Məhərrəmova: "Evimdə elə kişi saxlamağı qəbul edə bilmirəm" - FOTO

Günel Məhərrəmova: "Evimdə elə kişi saxlamağı qəbul edə bilmirəm" - FOTO

Nyus.Az "ölkə.az"-a istinadən müğənni Günel Məhərrəmovanın müsahibəsini təqdim edir.

- İki idir səhnədə yoxsunuz. O boşluğu necə doldurdunuz?

- Problemlərim olduğuna görə, bir balaca stresslər yaşadım. Özünüz bilirsiniz nə problemdir. İki ildir bu problemlə çalışıram ki, həll edim. İnşallah çözüləcək. Mən həssas insanam. Bir şeyi beynimə yeritdimsə, Bütün gün ancaq onun haqqında düşünürəm. İş-güc hər şey yadımdan çıxır.

- Bu iki il ərzində nə dəyişdi həyatınızda?

- Yaxşıca əsəb, stress keçirtdim, saçlarım töküldü, yenidən bərpa oldu. Ocaqlı tökülmə deyirlər, elə töküldü. Bu iki il heç də yaxşı il olmadı. Həyatımda ən problemli illərim oldu.

- Yenidən başlayırsanız fəaliyyətə?

- Əslində o illərdə də mahnılar yazdırırdım. Mənim elə mahnılarım var ki, o illərdə yazdırıb aranjiman etdirmişdim, amma oxumamışdım. Artıq iki mahnını aranjiman edib oxumuşam, üçüncünü də edəcəm. Açığı iş görməyə həvəs yox idi.

- Sizi nə yandırır?

- Acı söz, vəfasızlıq, yaxşılıq etdiyim insandan arxamca quyu qazıldığın görmək məni yandırır.

- "Ot kökü üstündə bitər" deyib atalar. Kökü üstündə bitməyən ot görmüsünüz?

- O qədər. Saysız hesabsız. İndi yaşadığımız dövrdə yaxşı insan tapmaq çətindir. Kimə baxırsan hamı fırıldaqla məşğuldur, hamı öz mənafeyini güdür. Hamı çalışır ki, hər şeyi özünə tərəf çəksin. İnsanlar elə bil ki, adiləşib. Normal insan yoxdur. Hamı fikirləşir ki, bu gün öz başımı saxlayım, kiməsə badalağ gəlim, fırıldaq edim. Özüm üçün yaxşı olsun, qıraqdakı necə olur olsun.

- Özünüz demişdiniz şou-biznesin içinə girmirəm. Səbəbi nədir?

- Belə daha rahatdır mənə. Hamıyla münasibətim var. Müğənni olaraq ayrı, bir insan kimi xətrini istədiyim insanlar da var.

- Şou-biznes sizə əxlaqi baxımdan təsir etdimi?

- Qətiyyən. Əksinə elə şeylər gördüm ki, Allahıma şükür etdim ki, nə yaxşı mən o yolda olmamışam. Dünən gecə ziyarətə getmişdim. 1000 dəfə Allaha dua etdim ki, günahlarım varsa məni bağışla. Elə şeylər gördüm ki, iyrəndim. Mənim əxlaqıma onlar heç cür təsir edə bilməz. Ona görə uzaqlaşdım ki, çirkli bir şeydir, mən ora düşmək istəmirəm.

- Razılaşaq ki, səsdən çox bədənlə qabağa gedənlər də var...

- Məlum məsələdir ki, niyə edir onu. O sənət üçün etmir. Özü üçün edir ki, nə isə əldə etsin. Şou proqramda tər töküb oxumaq üçün etmir.

- Bədəninizdən razısınızmı?

- Şükür Allaha. Allahın verdiyidir. Hərdən deyirlər balıqətli qadınsan. Mən arıqlayanda belə mənə deyirlər sənə yaraşmır, sənə biraz toppuşluq yaraşır.

Səhnə elədir ki, kilonu saxlamalısan. Elələrin görürəm ki, yaman gündədirlər, amma özlərindən o qədər razıdırlar ki. Güzgünün qabağında durub deyirəm ki, Allahım sənə şükür. Yaxşı ki məni belə yaratmısan. 1.63 boyum var, amma həmişə istəmişəm ki, 1.70 olum. Bir tərəfdən fikirləşmişəm ki, Allah mənə o boyu versəydi fiqura verməzdi. Çünki, bəstəboy xanımların həmişə fiquraları olur.

- Tərəziniz hansı yükü darta bilmir?

- Çəkim biraz artıq olan kimi, tərəzim özü "otkaz" edir ki, düş aşağı get idmanla məşğul ol. (gülür)

- Həyat yoldaşınla bağlı məsələlər davam edir?

- Artıq bunu hamı bilir ki, mənim həyat yoldaşım Kiyevdə yaşayır. Orda mebel işləri ilə məşğuldur. 6-7 yaşından Moskvada, Kiyevdə yaşamış olduğundan, Bakıda belə qala bilmədi.

- Ayrılıq hara qədər gedəcək?

- Hələ ki, bir-birimizdən uzağıq. Günün birində bəlkə o mənə deyəcək ki, sənlə əlaqəmi kəsmək istəyirəm, ailə qurmaq istəyirəm.

- Siz ondan ayrılmaq istədiyinizi demisiz?

- Hə, demişəm. Bir neçə dəfə də söhbəti fırladıb. Demişəm ki, uzun sürəcəksə, sən orda, mən burda, bu cür nə vaxta qədər davam edəcək? O da cavabında Bakıda mən heç bir iş tutuzdura bilmirəm deyir.

- O, pul qazanır, amma sizin yanınızda deyil. Razısınızmı bununla?

- Burada da heç qazana bilmirdi axı. Burda olanda deyirdim ki, 1000 manat qazan amma ailənin yanında ol. 2 il bundan əvvəl yoldaşım Bakıya gələndə, artıq tam gəlmək istəyirdi. Elə oldu dedi ki, burda qalsam 500 manat maaş alacam, o pul heç mənim özümə də çatmayacaq. Bir az eqoist insan idi. Siqaretin ən bahalısını çəkməyi xoşlayır, yeməyin ən bahalısını yeməyi xoşlayır. Mən də bir qadın kimi, bunu heç vaxt qəbul etmərəm ki, evimdə elə kişi saxlayım. Var elə qadınlar ki, özü qazanır yoldaşı yeyir. El arasında buna alfons deyirlər. Mən bunu bir qadın kimi qəbul edə bilmirəm. Yenə orada işləyəndə nə isə kömək edə bilir bizə. O bura gəlsə, heç nə edə bilməyəcək. Restoran açdı, neçə min pul qoydu restorana. O da batdı. Hətta təmir belə etdirmişdi. Sonra Çinə getdi. Ordan qadına aid bəzi geyimlər gətirdi. Onda da alınmadı işi. Burada heç bir işi alındıra bilmədi. Bizim elə ən böyük problemimiz o oldu ki, burada heç bir iş alındıra bilmədi. Açıq deyəcəm. Evdə hərdən söz-söhbət olurdu buna görə. Mən də bunu qəbullana bilmirdim.

- Əl qaldırıbmı sizə?

- Qətiyyən. Heç vaxt. Hətta mən dalaşanda özümdən asılı olmayaraq nə isə ağzımdan çıxır. Əsəbləşəndə gözümə heç nə görünmür. Elə olanda elə sözlər işlətmişəm ki, özümdən asılı olmayaraq çıxıb ağzımdan. Sonra da peşman olmuşam. Çıxıb evdən gedib mənə cavab qaytarmayıb. Bu cəhətdən onun üzünə də deyirdim ki, sağ ol məni yola verdin.

- Siz özünüz kimi yola veribsiniz?

- Xoşuma gəlməyən insanların üzünə gülürəm. Süniliyi xoşlamıram. Xoşum gəlməyən insana o dəqiqə bildirirəm ki, ondan xoşum gəlmir. O özü də özü qəşəng başa düşür ki, mənim ondan xoşum gəlmir. Bildirirəm nə yol ilə olur olsun. Elə insan var ki, görür ondan zəhləm gedir, amma yenə qabağa gəlir. Onda uje onu yola verirəm.

- Göz görə-görə nəyi itirdiniz?

- Zamanı, vaxtı, gəncliyi, illəri. Deyirsiniz ha 2 ildir yoxsan, otururam atıram beynimə ki, doğurdan e 2 ilim də belə getdi mənim. Göz görə-görə bu illərim necə getdi mənim? Xərclədim getdi.

- O illərə qayıtsanız nə olar?

- İnsanın həyatında hər bir zaman səhvi olur. O illərə qayıtsam, bəzi səhvlərim olub onları təkrarlamazdım..

- Səni qınayan həmkarlarına nə deyirsən?

- Hələ rastıma çıxmayıb ki, kimsə məni qınasın. Həmişə xətrimi istəyən sənət dostlarım mənə deyib ki, sənin sənətin var, səsin var, görünüşün var. Səhnədə bir müğənni kimi sözünü deyə bilirsən. "Niyə yoxsan efirdə?, Niyə görünmürsən?" Ən çox məni bunda qınayırlar. Mən təzədən gələndə qıraqdan hiss etmişəm ki, istəmirlər mən gəlim. Deyirlər "Ay da, yenə gəldiye bu". İstəyirlər bu meydanda ancaq özləri olsun.

- Kədərin gözlərinə kölgə saldığınız anlar olub?

- Çox olub.

- Sizi nə sərtləşdirib? Zaman keçdikcə insanları ətrafına buraxmamaq kimi bir kompleks yaranıb. Nədən asılıdır bu?

- Yaxşı insanlar istəyirəm ətrafımda olsunlar. Xoşum gəlməyən insanlardan mən özüm qaçıram.

- Bir daş altda, bir daş üstdə olan nədir?

- Mənim özümə aid elə sirlərim var ki, onu heç anama demirəm. Bax, bir daş altda, bir daş üstdə. Aramızda qalır heç kim bilməsin.

- Əvvəlki qədər təkliflər varmı yenə? Məmurlardan, biznesmenlərdən...

- Yox. Çünki mən artıq oğul anasıyam. Qonşu bayaq görüb deyir ki, böyüyüb ki, oğlun əməlli-başlı. Mən hər addımıma bundan sonra diqqət edirəm. Sənətdə olan hamı üçün o təkliflər olur. Gözəgəlimli bir xanım oldu, mütləq kənardan təkliflər gələcək ona. Baxır onun addımına.

- Zamanla harda axsaqlıqlar hiss edirsiniz?

- Özümdə də biraz tənbəllik var düzdür. 2 ildə problemlərimə başım qarışmasaydı, 3-4 dənə mahnı yazdıra bilərdim. Problemlərim məni axsatdı. Ən azından 1-2 klip çəkirərdim. Çox da ola bilərdi. Mən Naxçıvanda olanda Sərdar Ortaçın meneceri mənə elə bir təkliflə gəlmişdi ki... Onda uşaq təzə olmuşdu. Anamın 71 yaşı var idi. Mən ailəmə bağlı insanam. Onları burada atıb getmək heç cürə ağlıma gələ bilməz. Nə də onları aparmaq mümkün deyildi. Məni səhnədə görüb çox bəyənmişdilər. Onda bir az çılğın idim. Dedilər əsl bizim yararlısan. Bir Azəri müğənni olaraq biz sizinlə çalışmaq istərik. Əgər mümkün olsa, gəlin Türkiyəyə 50/50-yə işləyək sizinlə. Amma dedim ki, mənim təzə övladım olub. Onun mənə, mənim də ona çox ehtiyacım var.

- Aldığınız və ya satdığınız nəyə görə təəssüf hissi keçirirsiniz?

- Satdıqlarıma görə təəssüf hissi keçirtmirəm, amma aldıqlarıma görə təəssüf hissi keçirdirəm. Mənim evim mənim üçün ən böyük problemdir.

- Başqa biznesiniz var?

- Hə, var. Deməyim gözə gələrəm. Kiçik bir mağazam var, arendaya vermişəm. Ən azından bu gün işləməsəm, ordan çörək pulu qazanıb uşağıma yedizdirə bilərəm.

- Allah hansı xasiyyətinizi kəssin?

- Tərsliyimi. Tərsəm, eqoistliyim var bir az, birdə ki, deyirəm bu insanı ölsəm də bağışlamaram, amma bağışlayıram da. Bu xasiyyətimi Allah kəssin.

- Bəs nəyi bağışlamaq olmaz?

- Mənim övladıma, ailəmə zərər verərsə, onu əsla bağışlamaram. Can versəm belə son nəfəsimdə də bağışlamaram.

- Nəyə barmaqarası baxırsınız?

- Həyata, yaşamağa. Müvəqqətidir. Gəldi, keçdi, getdi. Bir göz qırpımı. Gör neçə ildi səninlə görüşmüşəm? Elə bil dünəndir. Ümumiyyətlə, ölüm indi çox adiləşib. Deyirlər, xəbəriniz var da filankəs rəhmətə gedib. Deyirlər, a doğurdane, nətəhər öldü? Onunla da bitdi getdi. Bundan əvvəl kim isə rəhmətə gedəndə, 1 il onun haqqında danışılırdı. Hər şey o qədər adiləşib ki...

- Hansı vəziyyətdə ölmək istəməzsiniz?

- Həmişə demişəm ki, Allah məni can verə-verə bu dünyadan köçürtməsin. Göz qırpımında, gözümü yumum və dünyadan köçüm. Qəzadan çox qorxuram. Ən qorxduğum şey isə pis xəstəlik keçirib yataqda qalım. Gözəl bir ölüm var, deyirlər ki, yatdı durmadı. İndi yox, 80-85 yaşıma çatım sonra. Övladımın toyunu görməliyəm hələ, nəvə görməliyəm. Anamın nəticəsi var uje.

- Qəzaya düşmüsünüz?

- Bəli. Yüngülvari düşmüşəm. O stressi yaşamışam.

- Nədən enerji alırsınız?

- Çox şeydən. Elə bir səhnəm ola bilər ki, ordakı insanlardan mən enerji alaram. Elə bir toy ola bilər ki, mən ora gedirəm, dəyişirəm. Elə bir musiqi var ki, onu dinləyirəm ondan enerji alıram. Uşağımın elə bir hərəkəti var ki, baxıram ondan enerji alıram.

- Uzatdığınız əli geri qaytarıblarmı?

- Olub, hə. O hamının həyatında olub. Bir işlə bağlı kömək istədiklərim olub. Söz verib üstündə durmayanlar da olub. Amma çox vaxt əlim boşa çıxmayıb, əlidolu dala qayıtmışam.

- Dəymədüşərliyiniz var?

- Hə çox dəymədüşərəm.

- Nəyi dəyər-dəyməzə vermisiniz?

- Evimi dəyər-dəyməzə vermişəm gedib, maşın satmışam dəyər-dəyməzə vermişəm. 50 neçə minə aldım, 20 neçə minə satdım.

- Ən çox özünüzü nədə ittiham edirsiniz?

- İttiham ediləsi bir şey yoxdur. Nə etmişəmsə, istəyərək etmişəm. Ona görə peşman deyiləm. Hətta ailə quranda belə, oğlanın bacısıyla mən tanış olmuşdum. Sonra istəyib getmişəm ona. Övladım olandan sonra, sırf sevgimi ona yönəltmişəm.

- Cadu əməllərinə inanmısınızmı?

- Heç vaxt. Həyatda inandığım gözdür. Nəzər. Bax, ona inanıram. Kimsə deyəndə ki, bəlkə, sənə cadu ediblər. Deyirəm ki, ediblərsə, beşin də artıq etsinlər. Qətiyyən inanmıram belə şeylərə. Universitetdə oxuyurdum. Bacım bir dəfə dedi ki, karta baxan bir rus var onun yanına gedək. İmtahan ilə bağlı kart açmışdı kiməsə. Gülmək tutdu birdən məni. Bacım çıxartdı məni bayıra. Mənim inandığım bir Allahdır.

- Hansı vəziyyətdə daha cazibədar görünürsünüz?

- Qısa paltar geyinəndə cazibədar görünürsən deyirlər. Qaş-qabaq yaraşmır mənə. Güləndə daha gözəl, cazibədar görünürsən deyirlər.

- Maqnit kimi çəkə bilirsənmi?

- Əvvəllər istədiyim hər şeyi maqnit kimi çəkirdim.

- Mən əslində gözəl bilirdim ki...

- Mən əslində gözəl bilirdim ki, bunlar olacaq və bilə-bilə getdim elədim.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az