• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
17-09-2018, 07:20

Tacirin anasının evsiz qalması, Yaşar Nuriyə "sui-qəsd", Pərvinin bikinisi, burun kirvəsi - HƏFTƏBECƏR

Tacirin anasının evsiz qalması, Yaşar Nuriyə "sui-qəsd", Pərvinin bikinisi, burun kirvəsi - HƏFTƏBECƏR

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (189-cu say) təqdim edir.

Əslində, bu həftə o qədər xoş hisslər yaşamışam ki, kiminsə xətrinə dəyməkdən qorxuram. Hansı hisslərdən söhbət gedir? Bu il oğlum Yusuf məktəbli oldu. Mən də həm Yusufun, həm də özümün adından birinci sinifə gedən bütün övladları və onların valideynlərini təbrik edirəm. Övladı olmayanlara isə tezliklə bu sevinci dadmağı arzulayıram. İndi də keçək mövzulara.

Tacir Şahmalıoğlunun anasının yaşadığı mənzildən çıxarılmasından xəbərdar idiniz. Guya məsələ həllini tapmışdı. Amma sonradan bəlli oldu ki, belə deyil. Xülasə, Tacirin dayısı Nurəddin kişi mətbuata bu barədə açıqlama verib. Deyib ki, Tacirin Bakıda üç mənzili ola-ola, anası niyə kiminsə evində yaşamalıdır? Yeri gəlmişkən, Nurəddin kişi bir dəfə də canlı efirdə Tacirlə bağlı xoşagəlməz ifadələr işlətmişdi. İndi müğənninin anası Südabə nənənin dərdi qalıb bir kənarda, hamı Nurəddin kişidən danışır. İnsaf naminə deyək ki, oxşar fikirləri sosial şəbəkədə də bir neçə nəfər yazmışdı və məsələnin dərinliyinə gedəndə həmin insanlara haqq qazandırmamaq mümkün deyil. İntəhası, bu dayının Tacirə verib ala bilmədiyi nədir, bax onu bilmirəm.

Ötən həftə sosial şəbəkələrdə və saytlarda müzakirə olunan məsələlərdən biri də mərhum sənətkar Yaşar Nurinin ölümü ilə bağlı idi. Guya xalq artistinə sui-qəsd olubmuş. Xanımı ilə şəxsən danışmışam və dedikləri bu oldu ki, yazılanlar həqiqəti əks etdirmir. Sənətkarın əsl vəfat səbəbi ağciyərdə nəfəs çatışmazlığıdır.

Əvvəl müğənnilər öz həmkarlarıyla qırğın-davaya çıxırdılar. İndi işə bir az yenilik qatıblar. Bu dəfə qarmon ifaçısı Gülbahar Şükürlü ilə müğənni Mənzurə Musayeva "atışıb". Gülbahar Şükürlü məclislərin birində Mənzurənin salam vermədən keçdiyini deyib. Mənzurə də cavab verib ki, Gülbahar getsin qarmonunu çalsın. Arada nə baş verdiyindən xəbərsizəm. Amma "getsin qarmonunu çalsın" ifadəsi tamamilə yanlış və qeyri-etikdir. Qarmon çalmaq nə vaxtdan ayıb iş olub ki? Bu ölkənin Aftandil İsrafilov kimi qarmon ustadı var. Hansı ki elə indinin özündə də, otuz il əvvəl də ən məşhur müğənnilərdən az tanınmayıb, az sevilməyib. Əksinə çoxlarından daha artıq sevilib xalq arasında. Ümumiyyətlə, peşəsinə görə kiməsə lağ eləmək, kinayəli atmacalarla nəyisə sübut etməyə çalışmaq kənardan çox eybəcər görünür. Mənzurə ilə hansısa klarnet ifaçısının sözü çəp gəlsəydi, onda necə cavab verəcəkdi? Bəs onda Vəli Qədimov, Əşrəf Əşrəfzadə?..

Aktrisa Pərvin Abıyeva Dubaya gedib, bikinidə fotolar çəkdirib. Bütün saytlar da həmin fotoları xəbərə çeviriblər. Saytlar bir yana, sosial şəbəkələrdə tənqidin biri bir qəpiyədir bu fotoya görə. Ay balam, bəlkə adam iş dalınca gedib, niyə ağzınıza gələni yazırsız? Dubaya iş dalınca getmək olmaz ki?

Rəqsanənin "Instagram" səhifəsi oğurlanıb. Əgər həmin şəxs bu yazını oxuyursa, ona səslənirəm. Əziz dost, xahiş edirəm, xalqın böyük sənətkarının, məşhur müğənnisinin səhifəsini qaytar özünə. Onsuz da sən nə qədər çalışsan da, Rəqsanə ola bilməyəcəksən. Əgər ola bilməyəcəksənsə, neyniyirsən o səhifəni? Yenə hərdən yarıçılpaq fotolar paylaşıb camaatı feyziyab eləyir.

Könül Kərimova oğlunu ali məktəbə düzəltmək istəyirmiş. Buna görə Məlahət adlı qadına 32 min pul verib. Təsəvvür edirsiniz? Qadın da deyilənlərə görə pulu "atıb". O gün "Facebook" profilimdə Zəhra adlı uşağın fotosunu paylaşmışdım. Cəmi bir yaş səkkiz aylıq körpə ürək çatışmazlığından əziyyət çəkir və tam müalicəsi üçün on altı min manat pul lazımdır. Yəni, Könülün oğlunun savadsız olması üçün ödədiyi məbləğə iki Zəhranın həyatını qurtarmaq olar. Bunu elə-belə xatırlatdım. Əgər istəsə həmin ailənin ünvanını və koordinatlarını verə bilərəm.

Hansısa saytda məşhur xanımların plastik əməliyyatdan əvvəl çəkdirdikləri fotolar paylaşılıb. Fikir verdim, on əməliyyat doqquzu burunla bağlıdır. Təklif edirəm ki, plastik cərrahların yanında kirvə ştatı ayrılsın. Həmin kirvələr qadınlar burunlarını KƏSDİRMƏYƏ girməzdən öncə onlara ürək-dirək versinlər. Lap elə hər kəs özü ilə öz "kirvəsini" də gətirə bilər. Burun "kirvəsi". Necə təklifdir?

Milli.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az