“Şər atdıqlarına görə cəzalarını çəkəcəklər” - Elnarə yenə hədələdi
Müğənni Elnarə Xəlilova hərbçi həyat yoldaşı Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovun şəhidlərin vida mərasimində jurnalistlərə hücum çəkməsi ilə bağlı məsələyə reaksiya verib.
Nyus.Az sherq.az-a istinadən xəbər verir ki, həyat yoldaşı ilə paylaşdığı fotoya rəy bildirən izləyicisinə cavab verib. "Müəllim jurnalisti niyə vurub?" suallarını müğənni belə cavablandırıb:
"Heç kəs vurulmayıb, fakt yoxdur. Sadəcə kameranın önünə keçmə faktı var. Şər atdıqlarına görə cəzalarını çəkəcəklər".