• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
2-04-2020, 11:06

İcarə və istifadə hüququ ilə avtomobilə malik olanlar daşıyıcı ola biləcəklər

İcarə və istifadə hüququ ilə avtomobilə malik olanlar daşıyıcı ola biləcəklər

İcarə və istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələri ilə sərnişin və yük daşıyanlar daşıyıcı sayılacaq.

Nyus.Az APA-ya istinadən bildirir ki, bununla əlaqədar "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkardır. Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar olacaq.

Daşıyıcı anlayışına yeni yanaşma ilə əlaqədar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın şərtlərinə də dəyişiklik edilir. İndiyə qədər bu şərtlərdən biri hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət hüququ və ya digər qanuni əsaslarla təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olmasıdır. Dəyişikliyə əsasən, bu şərt yeni redaksiyada verilir. Başqa sözlə, hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, icarə və ya istifadə hüququ ilə təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olması şərt sayılacaq.

Muvafiq olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat təqdim etməlidir.

İndiyə qədər müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" və "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməli idilər. Təklif edilən dəyişikliyə əsasən, bu sıraya Mülki Məcəllənin 861-ci maddəsi əlavə edilir. Beləliklə, müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl Mülki Məcəllənin 861-ci maddəsi, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" və "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməlidirlər.

Qeyd edək ki, Mülki Məcəllənin 861-ci maddəsinə əsasən, daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirə edilən qanun layihəsi parlamentin növbəti plenar iclasına tövsiyə edilib.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az