• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-07-2026 Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır - VİDEO
  • 20-07-2026 Neft qiymətləri kəskin dönüş etdi
  • 19-07-2026 Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib - VİDEO
  • 19-07-2026 Rusiya çökdükcə, dünya üçün daha böyük təhlükə yaradır: Kreml "nüvə düyməsi"ni yenidən "sülh masası"na gətirir
  • 19-07-2026 2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
  • 19-07-2026 Azad etdiyimiz torpaqlar Ermənistanı taxıl böhranına saldı – bacara bilmirlər
  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
24-06-2025, 08:37

Bakıya tramvay gələcəkmi - vaxt da daralır, yollar da...

Bakıya tramvay gələcəkmi - vaxt da daralır, yollar da...

Paytaxtda bu infrastrukturun qurulması üçün nə az, nə çox, 5 il zaman var - mütəxəssis mövqeyi
2025-2030-cu illəri əhatə edən dövlət proqramında Bakıda tramvay nəqliyyatının bərpası nəzərdə tutulur. Lakin mütəxəssislər və sakinlər bu ideyanın reallaşmasını hazırkı infrastruktur və yol sıxlığı səbəbindən çətin hesab edirlər.

Bu mövzuya “Bakı-Xəbər” işıq salıb. Bildirilir ki, tramvay sisteminin yenidən qurulması şəhərdə ekoloji nəqliyyatın təşviqi və yol hərəkətindəki yüklənmənin azaldılması baxımından mühüm üstünlüklər vəd edir.

Xatırladaq ki, 1924-cü il fevralın 8-də Bakıda ilk dəfə tramvay xətti istifadəyə verilib. Paytaxtın sosial-iqtisadi həyatında olduqca mühüm yer tutmuş və şəhər sakinlərinin böyük marağına səbəb olmuş ilk tramvaylar “Azneft” meydanı ilə Bakı Dəmir Yolu Vağzalı arasında hərəkət edib. Tədricən isə tramvayların əhatə dairəsi xeyli genişlənib və onları əksər mərkəzi küçələrdə görmək mümkün olub. 2000-ci illərin əvvəllərində isə Bakı tramvayı tarixə çevrilib.

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat”a vurğuladı ki, avtobus və velosiped zolaqları salındıqdan sonra paytaxt yollarında hərəkət çətinləşib. Ekspert bildirdi ki, tramvayların hərəkətini yalnız avtobus zolaqları ilə təmin etmək olar: “İndiki şəraitdə yeganə çıxış yolu bu ola bilər. Avtobus, velosiped və tramvay üçün ayrı-ayrı zolaqlar olsa, minik avtomobillərinin hərəkəti, ümumiyyətlə, mümkün olmayacaq. Digər tərəfdən, tramvaylar yaxşı işləsə, avtobusların bəzi küçələrdə hərəkətinə ehtiyac qalmaz. Tramvaylar işləsə, dayanma-durma ləğv olunmalıdır. Müasir tramvaylar daha sürətlidir. Məlum olduğu kimi, avtobus zolaqlarında hərəkət bir xətt üzrə davam etmir, zolaqdan-zolağa keçid olur, bundan başqa, şəhərin bəzi yerlərində minik avtomobillərini avtobus zolaqlarında saxlayırlar. Məsələn, Əhmədli ərazisində taksilər avtobus zolaqlarında dayanırlar, amma yeri gəlmişkən, cərimələnmirlər. İnşaatçılar prospektində isə avtobus zolaqlarına zibil qutuları qoyulub. Tramvaylar işə salınsa, zolaqdan çıxa bilmədikləri üçün heç bir neqativ hal olmaz. Nəzərə almaq lazımdır ki, minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş versə, tramvay sürücüsü günahkar olmur. Piyadalarla bağlı vəziyyət isə bir qədər fərqlidir. Bakıda tramvayların fəaliyyəti bərpa olunsa, piyadalar buna hazırlıqlı olmalıdırlar. Ümumiyyətlə, tramvay, trolleybus kimi relsli ictimai nəqliyyat növlərinin bərpa olunması yaxşı olar. Bu məsələ yəqin ki, öz həllini tapacaq”.



Adil Nəbiyev

Xatırladaq ki, bu ilin əvvəlində “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirmişdi ki, tramvay cari avtobuslardan fərqli olaraq kütləvi daşımalar üçün nəzərdə tutulur: “Bu gün Bakıda tramvay xəttinin inşasının faydalı ola biləcəyi ərazilər müəyyənləşdirilib. Ümumi baxsaq, şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə ilk növbədə metronu görürük. Prezidentin verdiyi tapşırığa uyğun olaraq metrostansiyaların yerləri və digər məsələlərlə bağlı planlar hazırlanıb. Bu istiqamətdə işlər gedir. İkinci məsələ insanların şəhər ətrafından mərkəzə və şəhər ətrafında hərəkətini təşkil etməkdir. Bu, həm də mövcud dəmir yolu xətləri ilə mümkündür. Dəmir yolu xətlərində sovet dövründə mövcud olmuş və hazırda müəyyən qədər modernizasiyasına ehtiyac olan hissələr var. Təkliflər ondan ibarətdir ki, onların da bərpa olunmasına ehtiyac var. Nəticədə həmin hissədə ehtiyac dəmir yolu vasitəsilə ödəniləcək. Metro stansiyaları ilə digər məntəqələr arasında avtobus daşımalarının daha effektiv olmasını düşünürük. Burada əlavə komponent tramvay xəttidir. Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu Binəqədidən keçməklə 28 May istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən "Seebreze" zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər. Bu istiqamətlərdə də araşdırmalarımız davam edir. Məqsəd yalnız hansısa nəqliyyat növünün inşası yox, mövcud resurslarımızın ən effektiv istifadəsinə yönəlməkdir. Tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşdirilir və bu istiqamətdə işlərimiz davam edir".

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov isə "Trend"ə müsahibəsində demişdi ki, Bakıda relssiz tramvay xətlərindən istifadə oluna bilər, lakin yeni relslər qurulmayacaq: “Hazırda da dünyada daha çox relssiz tramvay xətlərinə üstünlük verilir. Onun müxtəlif formaları mövcuddur, paytaxtda da onlardan istifadə oluna bilər. İctimai nəqliyyat, metro, dəmiryol xətlərinin sxemi qurulduqdan sonra müəyyən ərazilərdə nəqliyyatla bağlı problemlərin yenə də olacağını görürük. Bu ərazilər əhalinin ən sıx toplandığı yerlərdir. Biz həmin ərazilərdə əlavə ictimai nəqliyyat növü olaraq tramvay xətlərinin qurulmasını təklif edirik. Bu xətlər əhalinin piyada hərəkətinin aktiv olduğu, ticarət mərkəzlərinin çox olduğu, eyni zamanda yaşayış məntəqələrinin çox olduğu yerləri əhatə edəcək. Düşünürük ki, tramvay xətlərinin qurulması sözügedən yerlərdə nəqliyyat probleminin həllində əhəmiyyətli addım ola bilər”.

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az