• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
31-07-2024, 09:00

Tikinti ilə məşğul olanların NƏZƏRİNƏ! - Bu məhsulların qiyməti ARTDI

Tikinti ilə məşğul olanların NƏZƏRİNƏ! - Bu məhsulların qiyməti ARTDI


Qiymətlər ötən illə müqayisədə 10-15 faiz artıb, amma durğunluğa səbəb tək bu deyil...
Azərbaycanda müxtəlif sahələrdə baş verən qiymət artımı tikinti bazarından da yan keçməyib. Bakının ən böyük inşaat materialları satılan yerlərində də bu, əməlli-başlı hiss olunur. Bəs qiymət artımına səbəb nədir? Real şərtlər bunu tələb edir, yoxsa sahibkarlar tərəfindən süni artım edilib?

Məsələnin məğzini satışla məşğul olanlardan soruşduq. Bunun üçün paytaxtın müxtəlif ərazilərindəki tikinti bazarlarına baş çəkdik və hazırkı durumla maraqlandıq.

Satıcılar bildirdilər ki, digər sahələrdə yaşanan qiymət artımı tikinti materiallarının qiymətində də bahalaşma yaradıb. Onların əsas şikayətləri isə alıcılıq qabiliyyətinin aşağı düşməsidir.

Satıcı Elnur Əhmədov: “Alıcı yoxdur. Satış çox aşağı düşüb. Dəqiq deyə bilmərəm ki, bu, qiymət artımı ilə bağlıdır, ya yox. Qiymətlər ötən illə müqayisədə 10-15 faiz artıb. Bütün məhsullarda artım yoxdur, əsasən boyaların qiymətində bu nəzərə çarpır”.

Taxta satışı ilə məşğul olan Valeh Qurbanov da alıcı olmamasından gileylənir: “Ərzaq məhsullarının qiymətində artım var deyə insanlar tikinti işlərinə çox da maraq göstərmirlər. Çünki vətəndaşın ərzaqdan başqa qalan heç nəyə pulu çatmır. Düşünürəm ki, alıcı üzünə həsrət qalmağımızın yeganə səbəbi budur. Çünki taxta istehsalında və satışında qiymətlər insanları hürküdəcək dərəcədə artmayıb. Artım cüzi formadadır”.

Kafel-metlax, kərpic və mişar daşı satışında da durğunluq yaşanır. Satıcıların sözlərinə görə, bu sahədə qiymət artımı daşınma xərclərinin çox olması ilə bağlıdır. “Benzinin qiymətindəki qalxma yüklərin daşınmasında qiymət artımına səbəb olur. Belə olan halda biz də məcburuq ki, qiymətləri qaldıraq. Çünki nəqliyyata əvvəlki dövrlə müqayisədə daha çox pul ödəyirik. Amma ümumilikdə bazarda bir durğunluq, passivlik hökm sürür. İnsanlarda pul yoxdur. Ən əsas da parklanma ilə bağlı cərimələrin 20 manatdan 100 manata qalxması işimizə ciddi əngəl törədib. İnsanlar maşınlarını yol qırağında saxlayıb bazara baş çəkə bilmir. Cərimələrdən qorxurlar”, - satıcılar narazılıqlarını bildirirlər.

Vüqar Oruc

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, tikinti bazarında bahalaşma Rusiya və Ukrayna arasında müharibə başlayandan vüsət alıb. Bahalaşma Azərbaycana inşaat materiallarının gətirilməsində yaranmış problemlərdən qaynaqlanıb: “Bunda sonra dövrü olaraq bu bahalaşma davam edib. Apardığımız təhlilə əsasən deyə bilərəm ki, yerli istehsal bir çox hallarda yaranmış qıtlığı aradan qaldırmaq üçün yardımçı olub. Yəni yerli istehsal daha da artıb. Bunun nəticəsində inşaat materiallarının qiymətlərində müəyyən stabillik yaranıb. Məsələn, sement, armatur, metal listlər, mişar daşı və bu növ digər inşaat materiallarının qiymətlərində uzunmüddətli stabillik müşahidə edilir. Amma kənardan alınan materialların qiymətində artım təbiidir”.

Ekspert deyir ki, digər valyutalarda olduğu kimi manatın alıcılıq qabiliyyəti də əvvəlki dövrlərdən fərqlənir. Maliyyə prosedurlarına və qaydalarına görə, müəyyən inflyasiya təsirinə məruz qalır. Bunun nəticəsində də qiymətlərdə bahalaşma meydana gəlir: “Bununla paralel olaraq bir neçə amil var ki, onu da xüsusi olaraq qeyd etmək lazımdır. Tikinti bazarındakı vəziyyətə təsir göstərən məqamlardan biri də azad olunmuş ərazilərdə infrastrukturun bərpası, layihələr və böyük abadlıq işlərinin aktiv şəkildə aparılmasıdır. Bu işlərin həyata keçirilməsi üçün inşaat materiallarına, eyni zamanda texnika və qurğulara böyük tələbat var. O cümlədən işçi qüvvələrinə çox böyük ehtiyac yaranıb. Bu da ölkə iqtisadiyyatının böyüməsinə və qiymətlərin yüksəlməsinə səbəb olur. Çünki hansı sahədə tələbat mövcuddursa, o sahədə qiymətlərin artımı ilə biz qarşılaşırıq. Yay mövsümü və yaydan əvvəlki mövsüm tikinti işlərinin genişlənməsinə səbəb olur. Bu da mövsümü olaraq qiymətlərə təsir edir və tikinti passivliyi aradan qalxır”.

Oruc qiymət artımında süni səbəblərin olmadığını bildirdi: “Tikinti materialları bazarı illərdən bəri formalaşıb. Bu bazarda prosedurlar məhz bazarın özünü tənzimləməsi ilə həyata keçirilir. Əgər bir yerdə məhsula ehtiyac varsa, onun qiymətində təbii ki, artım baş verməlidir. Əks halda, enmənin şahidi oluruq. Burada hər hansısa bir süni təsirdən söhbət gedə bilməz. Məhsulların daşınmasında olan artım birbaşa tikinti materiallarının qiymətlərinə də təsir göstərir. Kərpic, mişar daşı kimi material növlərində qiymətlər 10-15 faiz yüksəlib. Bazarın digər məhsullarında biz bu tendensiyanın şahidi oluruq. Bu da təbii ki, işçi, daşınma haqlarının yüksəlməsi ilə müşayiət olunur.

Bunun qarşısını almaq olarmı? Xeyr. Növbəti aylarda da qiymətlər qalxa bilər. Ancaq bir müddətdən sonra qiymətlərdə stabillik dövrü yaşanacaq və bazar həmin qiymətlərə alışacaq. Bütün bunları nəzərə alaraq, qiymətlərin əvvəlki dövrlərdə olduğu səviyyəyə enməsini gözləmək olmaz. Artım elə bir haldır ki, qiymətlər ancaq irəli yön alır. Yalnız fors-major hadisə olarsa, biz qiymətlərin bu və ya digər formada enməsini görə bilərik. Qış aylarında da qiymət qalxmayacaq. Çünki o aylarda tikintidə səngimə baş verir. Hesab edirəm ki, bu qiymətlər növbəti mövsümə qədər davam edəcək".

Fotolar müəllifindir

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az