• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
12-04-2023, 18:02

“AzerGold”un dəstəyi ilə Gəncədə Autizm Mərkəzi istifadəyə verildi - FOTO

“AzerGold”un dəstəyi ilə Gəncədə Autizm Mərkəzi istifadəyə verildi - FOTO


Aprelin 11-də “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə Autizm Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Nyus.Az xəbər verir ki, dünya Autizm Maarifləndirmə ayında təşkil edilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov layihənin Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu zəngin mənəvi irsin təşviqi, Azərbaycan dövlətinin uşaq və gənclərin inkişafı ilə bağlı yürütdüyü ardıcıl və məqsədyönlü siyasətin dəstəklənməsi, xüsusilə bölgədə həssas kateqoriyalardan olan vətəndaşlarımızın hərtərəfli qayğı ilə əhatələnməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

İqtisadiyyat nazirinin müavini S.Ələkbərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial yönümlü dövlət siyasətinə töhfə vermək məqsədilə yaradılan Gəncə Autizm Mərkəzinin Gəncə şəhəri və ətraf bölgələrdə autizm spektr pozuntusu olan uşaq və yeniyetmələrin fərdi inkişafına xidmət edən nəcib təşəbbüs olduğunu diqqətə çatdırıb.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Ümummilli Liderin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər sahədə olduğu kimi uşaq və gənclərlə bağlı dövlət siyasətinin də uğurla davam etdirildiyini, bu siyasətə ən böyük dəstəyin isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən verildiyini qeyd edib. Gəncədə Autizm Mərkəzinin yaradılması təşəbbüsünün də Heydər Əliyev Fonduna məxsus olduğunu qeyd edən X.Fərzəliyev əlavə edib ki, layihənin əsas məqsədi autizm spektr pozuntularına malik olan uşaqları aşkarlayaraq, onlarda bu pozuntuların təzahür xüsusiyyətlərini öyrənmək, psixodiaqnostik və psixokorreksiya işi təşkil etməklə müsbət dəyişmələrə nail olmaqdır.

Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev isə bildirib ki, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaq, yeniyetmə və gənclərin inkişafı ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlər yeni nəslin fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyüməsinə xidmət edir. O qeyd edib ki, bu məqsədlə icra olunan layihələr sırasında autizmli şəxslərin fərdi inkişafının dəstəklənməsi prioritetlər sırasındadır.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova layihə barədə geniş məlumat verərək, Gəncə şəhəri ilə yanaşı, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Tovuz rayonlarında autizm spektr pozuntulu şəxsləri və onların ailələrini əhatə edən layihə çərçivəsində risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaqların müəyyənləşdirildiyini, onlara yerli və beynəlxalq mütəxəssislər tərəfindən müvafiq təlimlərin keçirilməsinə başlanıldığını bildirib.

Daha sonra qonaqlar Gəncə Autizm Mərkəzində məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq uşaqlar üçün tam ödənişsiz əsaslarla təşkil edilən təlim və bərpa prosesi ilə tanış olublar. Mərasim Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və autizmli gənc pianoçu Əlisahib Bayramovun ifaları ilə davam edib. Daha sonra qonaqlar autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Nyus.Az






Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az