• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
27-08-2020, 14:22

Azərbaycanda qeydiyyata alınan dərmanların təlimatı elektronlaşdırılacaq - Nazirlik

Azərbaycanda qeydiyyata alınan dərmanların təlimatı elektronlaşdırılacaq - Nazirlik

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev səhiyyə sahəsində innovativ rəqəmsal texnologiyalarının tətbiqindən danışıb.

Nazirlikdən milli.az-a verilən məlumata görə, Qəhrəman Haqverdiyev müsahibəsinin əvvəlində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) 2007-ci ildə AR Səhiyyə Naziri Oqtay Şirəliyevin təşəbbüsü ilə yarandığını, mərkəzin əsas funksiyasının ölkədə səhiyyənin inkişaf etdirilməsindən ibarət olduğunu qeyd edib.

Daha sonra İSİM tərəfindən hazırlanan məhsullar haqqında suala cavab verən mərkəz direktoru ilk növbədə ənənəvi informasiya məhsulları olan veb-saytları sadalamağa başlayıb: "Məsələn, mərkəzimizin korporativ saytı www.isim.az-dır, burada bütün innovativ layihələrimizin linklərini tapa bilərsiniz". Daha sonra o, bir il əvvəl istifadəyə verilmiş və Finlandiyanın "Duodecim" şirkəti ilə əməkdaşlıqda yaradılmış www.ebmg.az tibbi protokollar internet-portalından danışıb. Mərkəz direktorunun fikrinə görə, ixtisaslı tibb kadrları yetişdirmək üçün hər 5-6 ildən bir yenilənən məlumat və biliklərdən xəbərdar olmaq lazımdır. Belə ki, 100 minə yaxın istifadəçinin ziyarət etdiyi bu portal vasitəsilə 1000 protokol Azərbaycan dilinə artıq tərcümə edilib.

İSİM tərəfindən yaradılmış məhsulların mövzusunu davam etdirən Qəhrəman Haqverdiyev tibbi işçilərin fəaliyyətini daha da rahatlaşdıran "MD Referans" mobil əlavəsinin də adını çəkib. Onun sözlərinə görə, protokollar, bir sıra ixtisaslar üzrə yüzlərlə tərcümə olunmuş və orijinal elmi və praktik məqalələr, həkimlər və tibb bacıları üçün video mühazirələr artıq bu tədbiqdə yerləşdirilib. "Üstəlik, hazırda biz ora Azərbaycanda qeydiyyata alınan dərmanların bir neçə min təlimatını əlavə etmək üzərində işləyirik. Nəticədə tibb işçiləri üçün cib elektron arayış kitabçası alınacaq"- deyə, Q.Haqverdiyev fikrini tamamlayıb.

Müsahibəsini davam etdirərək, Q.Haqverdiyev qeyd etdi ki, bu yaxınlarda yeni startap olan və dərman vasitələrinə həsr olunmuş internet-portalın və ona aid mobil tədbiqin istifadəyə verilməsi gözlənilir. Bundan başqa, cəmi bir həftə bundan əvvəl İSİM, Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyinin Həkimlərin Təkmilləşdirmə İnstitutu ilə əməkdaşlıqda həkimlər üçün daha bir yararlı təhsil mənbəyi olan www.ecourses.az saytının yaradılacağı haqda elan edib. Mərkəz direktorunun sözlərinə görə, bu sayt dünyada məşhur və populyar onlayn təlim resurslarının modeli əsasında yaradılıb. Təhsil müəssisələrinin müəllimləri, mütəxəssislər və elmi işçilər tibbin müxtəlif sahələrinə aid olan mühazirələrini ora yükləyə biləcəklər. Mərkəz direktoru fikrini açıqlayıb: "Yüzlərlə tələbə və həkimə uzaqdan təhsil almağa imkan verdiyinə görə COVID-19 pandemiyası zamanı bu məhsula tələbat daha da artıb. Biz yerli, türk, alman və rus həmkarlarımızın onlarla təlim kurslar və təqdimatlarını elektron qaynaqlarımıza artıq yerləşdirmişik".

Müsahibəsinin sonunda Q.Haqverdiyev İctimai Səhiyyə və İslahatlar Mərkəzinin gələcək planlarından danışıb. O, qeyd edib ki, bu il üçün planlaşdırılmış işlər sırasına palliativ qulluq üçün kompüter platformalarının yaradılması, reproduktiv sağlamlıq üçün yeni mobil tətbiqlər, uşaq inkişaf gündəliyi, tibb bacıları üçün dərslik, interaktiv ilk yardım kurslarının istifadəyə verilməsi və sair layihələr daxildir. Bundan əlavə, mərkəz direktorunun sözlərinə görə, informasiya texnologiyaları daim və sürətlə dəyişir, bu gün yaradılan məhsullar sabah mənəvi və texniki cəhətdən köhnələcək, bunun nəticəsində yeni platformaların yaradılmasına ehtiyac artmaqdadır. O, həmçinin gələcəkdə interaktiv oyun proqramlarının, İSİM-də artıq fəaliyyət göstərən simulyasiya mərkəzi üçün virtual genişlənmiş reallıqdan istifadə etməklə həkimlər üçün təlimlərin yaradılmasını planlaşdırdığını vurğulayıb.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az