
“Avqust ayının 5-dən sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq”.
Nyus.Az Asiya.az-ın məlumatına istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, insanlar işlərinə normal davam edəcəklər: “Bu səbəbdən də, 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi davam etdirilməyəcək”.
Nyus.Az

























