
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı araşdırmalar aparmağa başlayıb.
Nyus.Az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı informasiya və videomaterial yayılıb:
"Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır".
Nyus.Az

























