• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-04-2020, 09:14

Elm və təfəkkür ibadəti əvəz edirmi?

Elm və təfəkkür ibadəti əvəz edirmi?

Elm və düşüncəni ibadətdən üstün təqdim edən hədislərə ötən məqalələrdə münasibət bildirmişdik. Bu məqalədə məsələyə fərqli müstəvidən nəzər salmağa çalışacağıq.

Bəziləri belə güman edirlər ki, müxtəlif variantlarda məlum olan və möhtəvası "elm (və ya təfəkkür) ibadətdən əfzəldir" mənasını ifadə edən hədislərdə ibadətin lazımsızlığı vurğulanıb. Guya bu hədislər elm öyrənməyi və düşünməyi ibadətin əvəz edicisi kimi tanıtdırır. Bəzi qüvvələr qərəzli şəkildə bu istiqamətdə təbliğat aparır, elm və təfəkkür olan yerdə ibadət tələb olunmadığını insanlara təlqin edirlər.

Nyus.Az islam.az-a istinadən bildirir ki, halbuki, aydın məsələdir ki, iki məhumun bir-biri ilə müqayisəsi və birinin üstün sayılması heç də həmişə onu ifadə etmir ki, ikinci məhfum lazımsızdır və birinci onu tam əvəz edə bilər. Əlbəttə, bəzi hallarda bu iddianın doğru olması mümkündür. Bu, o zaman ola bilər ki, müqayisə edilən iki məfhumun təyinatı, mahiyyəti eyni olsun. Məsələn, bir nəfər öz dostuna qələm verib təklif edir ki, yazını bu qələmlə yazsın. Dostu isə cibindən öz qələmini çıxarıb söyləyir ki, ehtiyac yoxdur, mən öz qələmimlə yazacağam; çünki mənim qələmim daha yaxşıdır. Bu misalda hər iki əşya eyni məqsədə xidmət edir, onların mahiyyəti və təyinatı eynidir. Söhbət iki oxşar məfhumdan - iki qələmdən gedir. Qeyd edək ki, burada bir əşyanın o birindən üstün olması iddiasının özü də mübahisəlidir. Əgər bu misalda adam öz qələminin daha yaxşı olduğunu söyləyirsə, o demək deyil ki, onun sözü doğrudur. Adam bu sözü qərəzlə də deyə bilər, həqiqətdən xəbərsiz olub səhv söyləməsi də mümkündür...

Amma əgər iki fərqli təyinatlı məfhum müqayisə edilirsə, bunların bir-birini əvəz etdiyini söyləmək yanlışdır. Məsələn, hansısa kitabda oxuyuruq: "İnsan üçün su çörəkdən daha vacibdir. Çünki insan çörəksiz bir neçə ay dözər, amma susuz cəmi bir neçə gün qala bilər". Bu müqayisədə su çörəkdən daha mühüm və üstün tutuldu. Lakin su çörəyi əvəz etməyə qadir deyil. İnsan yalnız su ilə yaşaya bilməz. Baxmayaraq ki, onun həyatı üçün su daha vacibdir, amma çörəyin də zərurəti inkaredilməzdir. Kimsə suyun çörəyi əvəz edə biləcəyini söyləsə, bu fikir absurd sayılar.

Yaxud başqa bir misal çəkək. Fərz edək ki, bir şəxs "orkestrdə skripkanın səsi fleytanın səsindən daha gözəldir" iddiasını irəli sürür. Onun bu iddiası hətta doğru ola da bilər. Amma skripkanın səsi heç zaman fleytanın səsini əvəz etməyə qadir deyil. Orkestrin bir musiqini gözəl şəkildə ifa etməsi üçün hər iki musiqi alətinin səsinə ehtiyac vardır. Orkestri nə skripkasız, nə də fleytasız təsəvvür etmək mümkün deyil.

İndi isə hədislərə qayıdaq. Elm öyrənməyin və təfəkkürün ibadətdən üstün olması onların ibadəti əvəz edə bilməsi mənasını verməz. Bunların hər birinin öz yeri və öz əhəmiyyəti vardır. Elm və təfəkkür ibadətlə birləşdikdə lazımi müsbət nəticəni meydana çıxarır. Elm və təfəkkür ibadətə möhkəmlik gətirir. Bəli, elmsiz qılınan namaz Allah dərgahında savaba layiq olmaz. Amma ibadətlə, təslimiyyətlə, bəndəliklə yekunlaşmayan elmin və təfəkkürün də zərrəcə faydası yoxdur.

Məhz bu baxımdan hədislərdə yalnız elm və ibadət deyil, onların sahibləri də müqayisə edilib. Alimlər abidlərdən daha yüksək məqama layiq tutulublar. Çünki onlar özlərindən əlavə, başqalarını da irşad etməyə, ətrafdakılara yol göstərməyə qadirdirlər. Abid yalnız öz aqibətini düzəldir. Alim isə öz elmi ilə başqalarını da hidayət edib, agah ibadətə doğru yönəldir.

Qurani-Kərimin Fatihə surəsinin məşhur ayəsi də bu kontekstdən baxarkən maraqlı məna ifadə edir: "Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım istəyirik". Ayənin birinci hissəsi ibadətdən, ikinci hissəsi isə duadan söz açır. Dua təfəkkürün nəticəsidir. İnsan Allahın qüdrətini, mərhəmətini, hikmətini düşünür, əlacını Onda tapır və Onun dərgahına əl açır. Kənar yardımlardan əl üzüb Allaha bağlanır. Bu ayədə də ibadət və təfəkkür yanaşıdır. Bunların biri o birini əvəz etmir və bu iki məfhum təcrid olunmuş halda deyil.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az