• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-12-2019, 10:31

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək

Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Dövlət başçısı vurğulayıb:

"Parlament seçkiləri çox önəmli hadisədir və önəmli prosesdir. Mən artıq qeyd etdiyim kimi, ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin. Digər tərəfdən, onu da bildirməliyəm ki, bizdə parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr aylarında işləmir. Belə olan halda biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmək lazım deyil. Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri cəmiyyət tərəfindən, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Hazırda bütün şərait yaradılıb. Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək. Azərbaycan xalqı öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək. Azərbaycan xalqı layiqli nümayəndələri seçəcək. O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işimizə töhfə verəcək. O nümayəndələr ki, onlar öz dairələrində fəal iş aparsınlar.

Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir. Əlbəttə, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi öz namizədlərini müdafiə edəcək. Bu da təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, çox ədalətli sistemdir. Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən deyirəm. Çünki mən birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm var idi və dairədə çox fəal idim. 2000-ci ildə isə mən artıq Yeni Azərbaycan Partiyasının bir nömrəli namizədi kimi qeydə alındım və seçiləndən sonra elə bil ki, mənim dairəm yox idi və bu, imkan vermirdi ki, mən hansısa bir dairəyə xüsusi diqqət göstərim. Ona görə öz təcrübəmdən deyirəm ki, majoritar sistem seçicilər üçün ən uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun. Azərbaycan xalqı hər şeyi yaxşı bilir, atalar sözüdür, xalqın gözü tərəzidir. Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az