• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
28-11-2019, 11:13

MSK sədrinin müavini: "Bələdiyyə seçkiləri ilə bağlı 48 sənəd hazırlanıb"

MSK sədrinin müavini: "Bələdiyyə seçkiləri ilə bağlı 48 sənəd hazırlanıb"

Mərkəzi Seçki Komissiyasının qərarı ilə dekabrın 23-nə təyin edilmiş növbəti bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam azad və maneəsiz şəraitin yaradılması ilə bağlı addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılır:

"Vətəndaşlarımızın seçmək və seçilmək kimi əsas konstitusion hüquqlarının təmin olunmasında seçici siyahılarının mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, MSK Seçki Məcəlləsinin tələblərinə əsasən hər il olduğu kimi 2019-cu ildə də seçici siyahılarının dəqiqləşdirilməsinə ciddi diqqət yetirib.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bələdiyyə seçkiləri ilə əlaqədar hazırda da seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı mütəmadi iş gedir və bu proses səsvermə gününə 25 gün qalanadək davam edir. Bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alaraq, hələ seçkilər təyin olunmazdan xeyli əvvəl MSK tərəfindən dairə və məntəqə seçki komissiyalarının seçkilərə hazırlığının monitorinqi aparılıb. Onların təchizatı istiqamətində bütün lazımi addımlar atılıb və aşağı seçki komissiyaları zəruri avadanlıq və materiallarla təmin olunaraq seçki gününə tam hazır vəziyyətə gətirilib. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində, eləcə də seçki iştirakçılarının maarifləndiriməsində və fəaliyyətlərinin təkmilləşdirilməsində hüquqi çərçivə və təkmil normativ-hüquqi baza da əhəmiyyətli rol oynayır.

Aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsini həyata keçirmək, seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, seçkilərdə iştirak üzrə hüquqi biliklərin artırılmasını və gücləndirilməsini təmin etmək üçün MSK təlimat, izah və qaydalar şəklində normativ xarakterli 48 sənəd hazırlayıb. MSK seçkilərin demokratiya və aşkarlıq şəraitində keçirilməsi üçün çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən zəngin seçki ənənəsi formalaşmış ölkələrin ali seçki qurumları ilə yaxından əməkdaşlıq edir".

MSK sədrinin müavini vurğulayıb ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı seçicilərin də maarifləndirilməsi MSK-nın daim diqqət mərkəzində olub və bu istiqamətdə intensiv şəkildə bir sıra layihələr gerçəkləşdirilib:

"Seçiciləri səsvermədə aktiv iştiraka səsləyən, onları öz hüquqlarından sərbəst istifadə etməyə dəvət edən, səsvermə proseduru, çağırış xarakterli və s. müxtəlif mövzuları əhatə edən geniş tirajlı məlumatlandırma plakatları əhalinin xüsusilə sıx məskunlaşdığı və asanlıqla görünə bilən yerlərdə asılıb. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələblərinə əsasən seçicilərin səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı barədə məlumat verilməsi məqsədilə əvvəlki ənənəni davam etdirərək seçicilərə çatdırılan bildirişdə, həmçinin səsvermə prosesində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydası və digər aidiyyəti prosedurlarla bağlı maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən 5 020 287 bildiriş qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada seçicilərin sayına uyğun çap edilib və səsvermə gününə 7 gün qalanadək seçicilərə paylanılması nəzərdə tutulub".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az