• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-10-2019, 07:29

Anhidroz nədir? - Səbəbləri, simptomları, müalicəsi

Anhidroz nədir? - Səbəbləri, simptomları, müalicəsi

Аnhidroz (yununca "hidros" - tər, "an" - inkar şəkilçisi) yunan dilindən tərcümədə "tərin olmaması" mənasını verir. Bu patoloji vəziyyət tər ifrazının xeyli azalmasına və ya onun tamamilə olmamasına gətirib çıxaran tər vəzilərinin fəaliyyətinin pozulması ilə əlaqəlidir. Anhidrozun səbəbləri anadangəlmə və qazanılma ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bununla əlaqədar olaraq dərinin daimi quruluğu və ya tər ifrazının müvəqqəti funksional azalması meydana çıxır. Anhidrozun diaqnostikasında tər ifrazının stimulyasiyasına yönəlmiş, dərinin nəmlik dərəcəsini qeyd edən xüsusi testlər istifadə olunur.

Аnhidrozun səbəbləri

Anadangəlmə anhidroz tər vəzilərinin formalaşma prosesinin bitməməsi ilə əlaqəlidir. Qazanılmış anhidroz astenik, atrofik, travmatik, toksik, nevroloji və funksional ola bilər.

Anhidroz bəzi dəri xəstəlikləri nəticəsində də yarana bilər. Məsələn güclü tərləmə tər vəzilərinin fəaliyyətinin pozulmasına və nəticədə kəskin generalizəolunmuş anhidroza gətirib çıxara bilər. Lokal tər ifrazı pozulması dərinin sklerodermiya, ixtioz, cüzam və başqa bu kimi xəstəliklərlə zədələnmə nahiyələrində inkişaf edə bilər. Sinir sisteminin müxtəlif xəstəlikləri, periferik sinirlərin və ya onurğa beynin zədələnməsi də tər vəzilərini innervasiyasının pozulmasına, beləliklə, anhidroza səbəb ola bilər.

Avitaminozlar, şəkərli diabet, qaraciyər sirrozu, Addison xəstəliyi və s. zamanı astenik anhidroz inkişaf edir. Dehidratasiya, zəhərlənmə və intoksikasiya (hamilələrin toksikozu, revmatizmönü vəziyyət, diareya, qida intoksikasiyası, vəba, şüa xəstəliyi) kəskin generalizəolunmuş anhidroza səbəb ola bilər.

Tər ifrazının fizioloji azalması isti havalarda kifayət qədər maye qəbul etmədikdə müşahidə oluna bilər. İsti ölkələrdə maye qəbulunun kafi olmaması və ya vəzi axacaqlarının tozla tutulması tropik anhidrozun inkişafına gətirib çıxara bilər. Tər ifrazının müvəqqəti olmaması bəzi dərman preparatlarının, məs., xolino- və ya qanqlioblokatorların qəbulu zamanı yan təsir kimi meydana çıxa bilər.

Аnhidrozun simptomları

Anhidroz tər ifrazının olmaması və quru dəri ilə təzahür edir. Daimi quruluq nəticəsində dəridə çatlar əmələ gəlir. Belə nahiyələrin dərisi asanlıqla zədələnir və infeksiyalaşa bilər. Dərinin iltihabi xəstəlikləri - dermatit inkişaf edə bilər. Belə ki, tərlə orqanizmdən zərərli maddələr xaric olur; tər ifrazı pozulduqda temperaturun yüksəlməsi, qusma və vazomotor reaksiyalarla özünü göstərən intoksikasiya müşahidə olunur. Bu zaman toksinlərin orqanizmdən çıxarılması prosesində yük digər orqanların üzərinə düşür, buna görə də sidiyin miqdarı arta və həzm orqanlarının patologiyaları meydana çıxa bilər.

Kəskin lokal anhidoz zamanı dərinin normal tər ifraz edən nahiyələri tər ifrazını kompensator olaraq artıra bilər. Bu səbəbdən bəzi hallarda pasientlər dəri quruluğundan deyil, güclü tərləmədən şikayətlənirlər. Kəskin generalizə olunmuş anhidroz bədən temperaturunun yüksəlməsi; isti, qırmızı və quru dəri; tənəffüsün tezləşməsi, ürəkdöyünmə və huşun alaqaranlıqlaşması ilə xarakterizə olunur. Qıcolmalar müşahidə oluna bilər.

Tər ifrazının olmamasına səbəb olan amillərin uzun müddət davam etməsi tər vəzilərinin atrofiyasına gətirib çıxarır və xəstəliyin gedişatı xroniki xarakter alır.

Аnhidrozun diaqnostikası və müalicəsi

Diaqnostika histaminin dəridaxili yeridilməsi və ya tər ifrazını artıran preparatların qəbulu ilə aparılır. Tər ifrazı pozulmuş nahiyəni aşkarlamaq məqsədilə pasientin dərisinə nəmlənmə detektoru qoyulur və termoörtüklə sarınır.

Müalicə ilk növbədə normal tər ifrazının pozulmasına gətirib çıxaran səbəbin aradan qaldırılmasına yönəlir. Xəstələr isinmədən çəkinməli, quru dəri nahiyələrinə nəmləndirici kremlər və indifferent məlhəmlər sürtməlidirlər. Əzələdaxili vitamin B12 yeridilməsi, retinol (vitamin A) və polivitaminlərin qəbulu dərinin vəziyyətini yaxşılaşdırır. Kəskin generalizəolunmuş anhidroz zamanı pasientin təcili soyumaya, dərisinin nəmləndirilməsinə və çoxlu maye qəbuluna ehtiyacı yaranır.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az