• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 07-10-2026 Həbsdə olan atasının maşınlarını aldı... indi də... - BİZNESƏ GİRİŞİB...
  • 07-10-2026 Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - Forolar-Video
  • 07-10-2026 Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz
  • 07-10-2026 Qəzənfər Abdullayev işdən çıxarıldı
  • 07-10-2026 Məhkəmə Rəşid Mahmudova CƏRİMƏ KƏSDİ: 500 manat... - Sözə görə...
  • 07-10-2026 Masazırda yaşayış binasının zirzəmisində qazıntı aparıldığı bildirilir: sakinlər narahatdır – VİDEO
  • 07-10-2026 “Qaçqınkom” korrupsiya bataqlığında və Rövşən Rzayevi mətbuatda qoruyan əl – Bu “qoçular”a DUR deyən olacaqmı?!
  • 07-10-2026 Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
  • 07-10-2026 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
  • 07-10-2026 Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 07-10-2026 İtkin düşənlərin taleyinin müəyyənləşdirilməsi davamlı sülhün mühüm şərtidir - Əli Nağıyev
  • 07-10-2026 Prezident İlham Əliyev: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
  • 07-10-2026 August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - FOTO
  • 07-10-2026 Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 07-10-2026 Prezident İlham Əliyev: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
  • 07-10-2026 Hava ilə bağlı son məlumat
  • 07-10-2026 Prezident İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • 07-10-2026 Britaniya Bəşər Əsədin nazirini sanksiyadan azad etdi
  • 07-10-2026 Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - VİDEO
  • 07-10-2026 Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət

XƏBƏRLƏR

    Əhməd Yusifov dünya çempionu oldu
    İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
    Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
    "Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
    Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
    Ronaldonun bacısı da millidəki qalmaqala qoşuldu
    Arda Güler yenə ən yaxşı seçildi
    UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
    Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
    Bu gün "Formula 1"in qalibi bəlli olacaq
Dünən, 14:17

Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz

Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz


İş adamı Ramil Aslanov Globalinfo.az-a müraciət edərək Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində problemlərin qaldığını bildirib.

Nyus.Az globalinfo-ya istinadən xəbər verir ki, R.Aslanovun sözlərinə görə, DGK rəhbərliyi gömrük subyektlərinin vahid sistemə qoşulduğunu desə də, praktikada onlar arasında koordinasiya yoxdur:

"Gömrük subyektlərinin bir-birindən xəbəri yoxdur, hərəsi öz bildiyini edir. Eyni məsələlərə fərqli münasibət göstərilir, qanunvericiliyin tələbləri düzgün tətbiq olunmur. Sahibkarlar müxtəlif süni əngəllərlə üzləşirlər. Dövlət gömrük orqanlarının fəaliyyətiüçün bütün şəraiti yaradıb və əsas tələb sahibkarlara normal xidmət göstərilməsidir. Lakin bəzi əməkdaşların fəaliyyəti ölkənin beynəlxalq imicinə də mənfi təsir göstərir".

R.Aslanov bu fikirləri "Lion Centre" MMC ilə bağlı DGK-də yaranan mübahisələrlə əlaqələndirib.

Onun sözlərinə görə, rəhbəri olduğu şirkətin 16 may 2025-ci il tarixli 01251000204009 və 16 avqust 2025-ci il tarixli 01251000346543 nömrəli gömrük bəyannamələri üzrə rəsmiləşdirmə zamanı qanun pozuntularına yol verilib.

O, bununla bağlı müxtəlif dövlət qurumlarının rəhbərlərinə və DGK rəhbərliyinə dəfələrlə müraciət etdiyini bildirib.

İş adamı qeyd edib ki, sonuncu dəfə 5 avqust 2026-cı il tarixli LCM-33/26 nömrəli məktubla DGK-ya müraciət edib. O, müraciətlərinə mahiyyəti üzrə baxılmadığını və verilən cavablarda 2025-ci ildə baş vermiş hadisələrə 2026-cı ildən qüvvəyə minən qanunvericilik dəyişikliklərinin tətbiq edildiyini iddia edib.

R.Aslanovun sözlərinə görə, sentyabrın 3-də DGK-nın inzibati binasına dəvət olunaraq Komitənin Aparat rəhbəri Kənan Əsədovla görüşüb. Görüş zamanı gömrük əməkdaşlarının yol verdiyini iddia etdiyi qanun pozuntuları barədə yenidən məlumat verib və məsələyə hüquqi qiymət verilməsini istəyib.

Onun dediklərinə görə, Kənan Əsədov məsələnin araşdırılacağını və sentyabrın 17-dək məlumat veriləcəyini bildirib. Lakin cavab almadığını deyən R.Aslanov oktyabrın 2-də yenidən DGK-ya müraciət edib.
İş adamına cavab məktubunun sentyabrın 9-da "Lion Centre" MMC-nin elektron poçt ünvanına göndərildiyi bildirilib.

R.Aslanov isə məktubun şirkətin elektron poçtuna daxil olmadığını deyərək, göndərişi təsdiqləyən məlumatın təqdim edilməsini istəyib.

Onun sözlərinə görə, bu məlumat verilməyib və oktyabrın 2-də ona üzərində imza, nömrə və tarix olmayan, sentyabrın 9-da Kənan Əsədovun adından göndərildiyi bildirilən məktub təqdim olunub.

R.Aslanov bildirir ki, həmin məktubda sentyabrın 3-də DGK-da qəbul edildiyi, şikayətinin dinlənildiyi və mövcud qanunvericiliyin tələblərinin izah olunduğu qeyd edilib.

O isə müraciətində əsas məsələ kimi gömrük əməkdaşlarının yol verdiyini iddia etdiyi qanun pozuntularını göstərdiyini və cavab məktubunun bu məsələlərə mahiyyəti üzrə cavab vermədiyini vurğulayıb.

İş adamı DGK-ya müraciətində əvvəlki cavabların yenidən nəzərdən keçirilməsini, 2025-ci ildə yaranmış hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tətbiq edilməsini istəyib.

O, həmçinin 2026-cı ildə qüvvəyə minən qanun dəyişikliklərinə istinad edilməklə əvvəlki hadisələrin qiymətləndirilməsi məsələsinə hüquqi qiymət verilməsini, eyni bəyannamə üzrə qəbul edildiyini iddia etdiyi ziddiyyətli qərarların və vəzifəli şəxslərin hərəkətlərinin xidməti qaydada araşdırılmasını, irəli sürdüyü hüquqi arqumentlərin hər biri üzrə əsaslandırılmış yazılı cavab verilməsini xahiş edir.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az