• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-10-2026 Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurdu
  • 04-10-2026 Əhməd Yusifov dünya çempionu oldu
  • 04-10-2026 Məkkə razılaşması işə düşdü: Türkiyə və Pakistan husilərə qarşı HƏRƏKƏTƏ KEÇİR
  • 04-10-2026 Rusiya raketləri ABŞ-ın "sülh masası"nı vurdu: Kreml Ukraynanın boşaldılmasını niyə tələb edir
  • 04-10-2026 Ələddin Əliyev vəfat etdi
  • 04-10-2026 Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
  • 04-10-2026 Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
  • 04-10-2026 Yollarda görünüş 500 metrədək məhdudlaşacaq​
  • 04-10-2026 Türkiyədə güclü zəlzələ oldu
  • 04-10-2026 Vladimir Putin Türkmənistana səfər edəcək
  • 04-10-2026 Hava ilə bağlı son məlumat
  • 04-10-2026 Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
  • 04-10-2026 Ayın 5-də yağış yağacaq - Proqnoz
  • 04-10-2026 Məsud Pezeşkian Türkmənistana səfər edəcək
  • 04-10-2026 Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
  • 04-10-2026 İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
  • 03-10-2026 Xətaidə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirildi - FOTO - VİDEO
  • 03-10-2026 “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • 03-10-2026 Tramp yenə seçki və İran müharibəsini əlaqələndirdi: Dərhal sonra...
  • 03-10-2026 Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama

XƏBƏRLƏR

    Əhməd Yusifov dünya çempionu oldu
    İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
    Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
    "Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
    Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
    Ronaldonun bacısı da millidəki qalmaqala qoşuldu
    Arda Güler yenə ən yaxşı seçildi
    UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
    Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
    Bu gün "Formula 1"in qalibi bəlli olacaq
Dünən, 20:30

Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurdu

Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurdu


Ermənistan sülhdən və Azərbaycanla qonşuluq münasibətləri qurmaqdan danışdığı bir vaxtda BMT tribunasından Azərbaycanda cinayət əməllərinə görə məhkum edilmiş 19 erməni cinayətkarın məsələsini yenidən gündəmə gətirib.

Nyus.Az xəbər verir ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Paruyr Ovannisyan BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsinin ümumi debatlarında çıxışı zamanı Azərbaycanda saxlanılan 19 erməni cinayətkarın məsələsini qaldırıb.

Ovannisyan bildirib ki, sülhün möhkəmləndirilməsi istiqamətində səylər davam etsə də, bir sıra məsələlər hələ də həllini gözləyir. O, 19 erməninin saxlanılmasını, itkin düşmüş şəxslərin taleyinin və yerinin müəyyənləşdirilməsini, eləcə də “məcburi yoxaçıxmalar”la bağlı məsələləri sadalayıb.

Söhbət Azərbaycan ərazisində törədilmiş cinayət əməllərinə görə təqsirli bilinərək məhkum edilmiş şəxslərdən gedir. Onların arasında Azərbaycanın bütün dünya tərəfindən tanınmış suveren ərazisində yaradılmış qanunsuz separatçı qurumda özlərini “prezident”, “dövlət naziri”, “parlament sədri”, “müdafiə naziri”, “general” və digər qondarma vəzifələrin sahibləri elan edənlər də var.

Bu şəxslərin cinayət əməlləri məhkəmələrdə araşdırılıb və barələrində hökmlər çıxarılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət, separatçılıq, qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyəti, terrorçuluq, müharibə və digər ağır cinayətlərlə bağlı əməllərə hüquqi qiymət verilib.

Burada Ermənistan qarşısında çox sadə sual yaranır: BMT indi yadınıza düşdü?

Azərbaycan torpaqları təxminən 30 il işğal altında olduğu dövrdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr niyə yada düşmürdü? BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləmiş, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb etmişdi.

822 saylı qətnamədə Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması tələb edilirdi. 853 saylı qətnamədə Ağdamın və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsi pislənilir və işğalçı qüvvələrin dərhal və tam çıxarılması tələb olunurdu. Sonrakı qətnamələrdə də bu tələblər bir daha təsdiqlənmişdi.

BMT qətnamələrinə bu qədər həssas olan Ermənistan həmin sənədlərin tələblərinin yerinə yetirilməsi üçün niyə addım atmırdı? Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması məsələsi niyə təxminən 30 il ərzində həll edilmədi?

Bu gün BMT tribunasından 19 erməni cinayətkarın məsələsini qaldıranlar həmin BMT-nin Azərbaycan torpaqlarının işğalı dövründə qəbul etdiyi qətnamələrə də eyni həssaslığı göstərməli idilər. BMT-yə və onun qərarlarına bu qədər önəm verilirdisə, həmin qətnamələrin tələbləri vaxtında yerinə yetirilməli, Azərbaycan ərazilərindəki qanunsuz silahlı qüvvələr çıxarılmalı idi.

Azərbaycan təxminən 30 il bu qətnamələrin icrasını gözlədi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi.

Suverenlik tam bərpa edildikdən sonra Azərbaycan ərazisində qanunsuz separatçı strukturlarda fəaliyyət göstərmiş şəxslər saxlanıldı, məhkəmə qarşısına çıxarıldı və törətdikləri cinayət əməllərinə görə məhkum edildilər.

Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində qanunsuz separatçı rejim quraraq özlərini qondarma “prezident”, “nazir”, “general” və digər vəzifələrin sahibləri elan etmiş şəxsləri niyə müdafiə edir? Onların Azərbaycan ərazisində nə işi var idi?

Əgər Ermənistan Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyırsa, Azərbaycan ərazisində qondarma rejimin rəhbərləri kimi fəaliyyət göstərmiş və cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin azadlığını tələb etməsi bu mövqe ilə açıq ziddiyyət təşkil edir. Belə şəxslərin müdafiəsinin Ermənistanın rəsmi səviyyəsində davam etdirilməsi isə İrəvanın bəyan etdiyi sülh və qarşılıqlı ərazi bütövlüyünün tanınması siyasətinin nə dərəcədə ardıcıl olması barədə ciddi suallar yaradır və Azərbaycanda revanşist yanaşmaların hələ də tam aradan qalxmadığı qənaətini daha dangücləndirir.

Ermənistan Azərbaycanla həqiqətən sülh və normal qonşuluq münasibətləri qurmaq istəyirsə, keçmiş separatizmin və onun nümayəndələrinin müdafiəsini siyasi gündəmdə saxlamaqdan geri çəkilməlidir.(Musavat.com)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az