• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-10-2026 Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
  • 01-10-2026 20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
  • 01-10-2026 Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
  • 01-10-2026 Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
  • 01-10-2026 Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
  • 01-10-2026 Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
  • 01-10-2026 Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
  • 01-10-2026 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yeni qayda
  • 01-10-2026 Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • 01-10-2026 Bakıda ilk AQEM Media Forumu öz işinə başlayıb
  • 01-10-2026 Azərbaycan nefti yenidən bahalaşdı
  • 01-10-2026 Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin ikinci günü başlayıb
  • 01-10-2026 Elektrik avtomobillərinin sahiblərinə mühüm xəbərdarlıq
  • 01-10-2026 Ronaldonun bacısı da millidəki qalmaqala qoşuldu
  • 01-10-2026 Dünya bazarında neftin qiyməti ucuzlaşdı
  • 01-10-2026 Bakıda CAMCA Regional Forumu keçirilir
  • 01-10-2026 Arda Güler yenə ən yaxşı seçildi
  • 01-10-2026 MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - VİDEO
  • 01-10-2026 1oktyabr Azərbaycan Prokurorluğu İşçilərinin Peşə Bayramı günüdür
  • 30-09-2026 Binəqədi RİH-in cavabı sualları aradan qaldırmadı: E. Bağırov küçəsindəki işlərə kim nəzarət edir?

XƏBƏRLƏR

    Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
    Ronaldonun bacısı da millidəki qalmaqala qoşuldu
    Arda Güler yenə ən yaxşı seçildi
    UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
    Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
    Bu gün "Formula 1"in qalibi bəlli olacaq
    "Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı
    “Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
    Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
    Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Dünən, 10:52

Elektrik avtomobillərinin sahiblərinə mühüm xəbərdarlıq

Elektrik avtomobillərinin sahiblərinə mühüm xəbərdarlıq


Yeraltı avtodayanacaqlarda elektrik doldurma qurğularının kortəbii quraşdırılması yanğın riskini artırır.

Nyus.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciətində qeyd olunub.

Bildirilib ki, ölkədə son zamanlar elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin genişlənməsi ilə əlaqədar elektrik doldurma qurğularının sayı da durmadan artır:

"Ancaq elektrik doldurma qurğularının quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların tələblərinə əməl edilməməsi yanğın və digər təhlükəli halların baş verməsinə, nəticədə insanların həyat və sağlamlığına, eləcə də əmlaka zərər dəyməsinə səbəb ola bilər. Belə ki, bu qurğuların quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin pozulması avadanlıqların həddindən artıq qızmasına, qısaqapanmaya və nəticədə yanğınların baş verməsinə və ağır fəsadlara gətirib çıxara bilər".

Vurğulanıb ki, xüsusilə çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında elektrik doldurma qurğularının müvafiq tələblər və texniki şərtlər nəzərə alınmadan kortəbii şəkildə quraşdırılması, elektrik yüklərinə uyğun olmayan kabel və avadanlıqlardan istifadə edilməsi, kabellərin düzgün çəkilməməsi, eləcə də yanğın təhlükəsizliyi baxımından zəruri mühafizə tədbirlərinin təmin olunmaması yanğın riskini əhəmiyyətli dərəcədə artırır:

"Habelə, elektrik doldurma avadanlıqlarının texniki vəziyyətinə mütəmadi nəzarət edilməməsi, zədələnmiş kabel və avadanlıqlardan istifadə olunması, nasazlıqların vaxtında aradan qaldırılmaması və doldurma prosesinin təhlükəsizlik tələbləri nəzərə alınmadan nəzarətsiz həyata keçirilməsi də yanğın təhlükəsini yaradır".

FHN sonda elektrik doldurma qurğularının quraşdırılması və istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır:

"Belə ki, elektrik doldurma qurğuları mütləq olaraq "Elektrik qurğularının quraşdırılması Qaydaları"na və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilən texniki şərtlərə uyğun quraşdırılmalı, müvafiq təhlükəsizlik tələblərinə ciddi riayət olunmalıdır. Cihazın, qidalanma kabelinin və ya portun zədələndiyi, yanan izolyasiya qoxusu, tüstü və ya qeyri-adi səs müşahidə olunduğu hallarda elektrik doldurma qurğusundan istifadə təhlükəlidir. Həmçinin, izolyasiyası pozulmuş, ucları açıq cərəyankeçiriciləri olan kabellərdən istifadə etmək, onları gərginlik altında saxlamaq və qidalanma kabelinə calaq etmək yolverilməzdir".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az