
Şəhid ailələrinin imtiyaz və social təminat məsələləri qanunla tənzimlənib. Bu Qanun hamı üçün eynidir, onlar da əməl etməlidirlər.
Yazıqlar oldun ki, bəzən cəmiyyətin şəhid ailələrinə həssas münasibətindən sui-istifadə edən möhtəkirlər onları qabağa verib “şəhid ailəsi” çətiri altında qanunsuzluqlar törədirlər. Təəssüflər olsun ki, məmurlar da hansısa maraqları naminə belə möhtəkirlərin özbaşınalığına rəvac verirlər.
Sumqayıt şəhəri, 9-cu mkr.-n, Sərvər Bədəlbəyli küçəsi – 289 ünvanda qanunsuz tikili inşa olunmaqdadır. Beşmərtəbəli binanın zirzəmisində gedən işlər çəkiliş qrupumuz tərəfindən video-qeydə də alınıb. Müşahidə göstərir ki, işlər qeyri-yaşayış təyinatlı obyektin bir hissəsinin zirzəmidən əlavə binanın həyətinə doğru irəli çıxmaq perspektivinə hesablanıb.
Məsələ ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. ŞİH-nin Memarlıq şöbəsindən bildirdilər ki, qanunsuz tikintini həyata keçirən şəxs şəhid ailəsidir.
Belə çıxır ki, şəhid ailəsi uğrunda qurban verdiyi dövlətin qanunlarını tapdalamalıdır, dövlət məmurları da buna göz yummalıdır? Elə isə qoy Sumqayıt şəhər rəhbərliyi və şəhərdən seçilmiş millət vəkilləri təklif versinlər ki, qanunlarda dəyişiklik edilib şəhid ailələrinin imtiyazları rəsmən artırılsın. Əlbəttə, əgər baş verən qanunsuzluqlar onları narahat edirsə! Belədə çox rahat görünürlər.
Nisa Şirvamlı
Nyus.Az

























