
Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində səkilərin vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Nyus.Az xəbər verir ki, bununla bağlı Anar Əliyev sosial şəbəkədə paylaşım edib.
O, küçədəki səkilərin yararsız vəziyyətdə olduğunu göstərən fotolar paylaşaraq, piyadaların hərəkəti üçün ciddi çətinliklərin yarandığını bildirib.
Fotolardan görünür ki, bəzi hissələrdə səkilər dağılıb, pilləkənlər qırılıb, örtük sıradan çıxıb və piyadalar üçün təhlükəli vəziyyət yaranıb.
Xüsusilə yaşlı insanlar, uşaqlar və fiziki məhdudiyyətli şəxslərin bu ərazidə hərəkət etməsi çətinləşib.
Sakinlər aidiyyəti qurumlardan Cəfər Cabbarlı küçəsində səkilərin təmir olunmasını və piyadaların təhlükəsiz hərəkəti üçün zəruri tədbirlərin görülməsini xahiş edirlər.(Tribuna.az)
Nyus.Az































