• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
29-08-2026, 06:26

Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət

Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət


Azərbaycan Dillər Universitetinin keçmiş dosenti, psixologiya üzrə fəlsəfə doktoru Könül Haqverdiyeva Məmməd qızı universitetin rektoru, professor Kamal Abdullaya və İnsan resursları şöbəsinin müdiri M. İsmayılova müraciət edib.
Bizimyol.info xəbər verir ki, o, haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndləri əsasında verilmiş intizam tənbehi qərarı ilə razılaşmadığını deyib. Haqverdiyeva qərarla bağlı rəsmi etirazını da bildirib.
Redaksiyamıza müraciət edən Könül Haqverdiyeva söyləyib ki, bu il fevralı 4-də iş vaxtı səhhəti kəskin pisləşib.
Onun sözlərinə görə, şəkər səviyyəsinin yüksəlməsi səbəbindən təcili tibbi yardım çağırılıb və bu hal tibbi sənədlərlə təsdiqlənir.
Könül Haqverdiyeva deyib ki, növbəti gün keçiriləcək Elmi Şuranın iclasına çağırılıb və iclasın başlamasına 30 dəqiqə qalmış iştirak etməsi tələb olunub. Üzrlü səbəbin və tibbi sənədin nəzərə alınmaması, eləcə də, iclasda iştirak, həmçinin müdafiə imkanının təmin edilməməsi onun hüquqlarının pozulmasına səbəb olub. O, tətbiq edilən intizam tənbehinin qanunsuz olduğunu bildirərək, etirazının iş materiallarına əlavə olunmasını, intizam tənbehi qərarının ləğv edilməsini və müraciətində göstərdiyi hüquqi əsasların pozulması ilə bağlı tədbirlərin görülməsini xahiş edib.
Könül Haqverdiyeva daha sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, müraciətində uzun illər Azərbaycan Dillər Universitetində çalışdığını, müxtəlif vəzifələrdə fəaliyyət göstərdiyini və son dövrlərdə Psixologiya kafedrasında dosent kimi işlədiyini bildirib.
Onun sözlərinə görə, 2029-cu ilə qədər qüvvədə olan əmək müqaviləsinə 5 fevral 2026-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.
Könül Haqverdiyeva xitamın qanunsuz olduğunu iddia edir. O, proses zamanı ondan yazılı izahat alınmadığını, müdafiə imkanının təmin edilmədiyini, həmçinin 2 və 4 fevral tarixlərində intizam tənbehləri tətbiq edildikdən dərhal sonra, 5 fevralda əmək müqaviləsinə xitam verildiyini söyləyib.
Könül Haqverdiyeva müraciətində xroniki xəstəliklərdən, o cümlədən, zob və şəkərli diabetdən əziyyət çəkdiyini, 2014-cü ildən səhhəti ilə əlaqədar Yasamal rayon 16 saylı poliklinikada qeydiyyatda olduğunu və onkoloq nəzarətində qaldığını bildirib.
O, işdən çıxarılmasından sonra yaranmış vəziyyətinin sağlamlığına mənfi təsir etdiyini, ağır psixoloji gərginlik yaşadığını və xəstəxanada müalicə aldığını deyib.
Könül Haqverdiyeva məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib.
Onun sözlərinə görə, 17 avqust 2026-cı ildə məhkəmə iş üzrə qətnamə qəbul edib. Haqverdiyeva məhkəmədə qarşı tərəfin səsləndirdiyi fikirlərin və təqdim etdiyi sübutların düzgün qiymətləndirilmədiyini düşünür.
Haqverdiyeva müraciətində bəzi şəxslər arasındakı münasibətlərin onun işi üzrə obyektivliyə təsir edib-etmədiyinin də araşdırılmasını istəyib. O, Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının müdiri İranə Məmmədlinin Ali Məhkəmənin hakimi Bəhram Məmmədli ilə aralarında ailə münasibətinin olduğunu bildirib.
Könül Haqverdiyeva həmçinin İranə Məmmədlinin Ramiz Mehdiyevin qızının rəfiqəsi olduğunu da deyib. Eyni zamanda həmin kafedra müdiri ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvü arasında yaxın şəxsi münasibətlərin olması barədə də məlumatının olduğunu vurğulayıb. Haqverdiyeva həmin şəxsləri hər hansı hüquqazidd əməldə ittiham etmədiyini, sadəcə, bu əlaqələrin maraqlar toqquşmasına və ya obyektivliyə təsir edib-etmədiyinin müstəqil şəkildə araşdırılmasını istədiyini vurğulayıb.
Könül Haqverdiyeva Prezidentə müraciətində 22 yanvar 2026-cı ildə Azərbaycan Dillər Universitetində keçirilmiş professor seçkisinin və daha sonra yaradılmış təftiş komissiyasının fəaliyyətinin araşdırılmasını istəyib. O bildirib ki, professor seçkisi zamanı bəzi sənədləri imzalamağa etiraz etdikdən sonra universitet rəhbərliyinin ona münasibəti dəyişib. Haqverdiyeva sonrakı intizam tədbirləri və əmək müqaviləsinə xitam verilməsinin bununla əlaqəli olduğunu düşünür.
O, həmçinin universitetdə başqa professor və alimlərin də təzyiqlə üzləşdiyini iddia edib. Bu şəxslər arasında Həbib Zərbəliyev, Vüsalə Ağabəyli və Nigar Zeynalovanın adlarını çəkib.
O, bu halların yalnız fərdi əmək mübahisəsi kimi deyil, universitetdə akademik mühit və kadr siyasəti baxımından da araşdırılmasını istəyir.
Könül Haqverdiyeva universitetdə professor-müəllimlərin seçilməsi, vəzifəyə təyin olunması və işdən azad edilməsi ilə bağlı proseslərin də araşdırılmasını istəyib. O, mümkün qanun pozuntularının universitetin akkreditasiyasına təsir edib-etmədiyinin də müəyyənləşdirilməsini xahiş edib.
Könül Haqverdiyeva məsələ ilə bağlı daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinə, Elm və Təhsil Nazirliyinə və başqa dövlət qurumlarına da müraciət etdiyini bildirib. O, həmin müraciətlərində vəzifədən sui-istifadə, təzyiq və başqa qanun pozuntularının olub-olmamasının araşdırılmasını istəyib.
Könül Haqverdiyeva Prezidentdən əmək müqaviləsinə xitam verilməsinin və ona tətbiq olunan intizam tənbehlərinin qanuniliyinin araşdırılmasını istəyib.
O, 22 yanvar 2026-cı ildə keçirilən professor seçkisinin və daha sonra yaradılan təftiş komissiyasının fəaliyyətinin də araşdırılmasını xahiş edib. Haqverdiyeva universitetdə professor və müəllimlərə, alimlərə qarşı mümkün təzyiq hallarının araşdırılmasını, qanun pozuntusu müəyyən edilərsə, hüquqlarının bərpası üçün tədbir görülməsini xahiş edib.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az