• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-08-2026, 12:51

Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?

Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?


Barəsində rayon prokurorluqlarında cinayət işi üzrə araşdırma aparıldığı bildirilən Seymur Məmmədov hansı klinikalarda qanunsuz estetik əməliyyatlarını davam etdirir?

Bir neçə gün əvvəl Kəpəz Hospitalda Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun keçirdiyi plastik əməliyyatdan sonra vəfat etməsi barədə məlumat yayılıb. KİV-də yayılan məlumatlara görə, əməliyyatı estetik cərrahiyyə fəaliyyəti üzrə sertifikatının ləğv edildiyi bildirilən həkim Seymur Məmmədov həyata keçirib.Bu məsələ artıq yalnız bir şəxsin peşə fəaliyyəti ilə bağlı deyil. Burada daha ciddi sual yaranır: estetik tibbi fəaliyyət üçün müvafiq sertifikatı olmayan həkim necə əməliyyat həyata keçirə bilib?Mediatvaz.combildirir ki məsələnin daha da ciddiləşməsinin səbəbi isə ötən il yayılan digər rəsmi məlumatlardır.İctimaiyyətə məlum olan məlumatlara əsasən, ötən ilin mart ayında Pərvanə Mirzəyeva, avqust ayında isə Nilufər Abdulla estetik əməliyyatdan sonra vəfat edib. Hər iki əməliyyat Seymur Məmmədov tərəfindən həyata keçirilib. Tulin Turpun ölümü isə, artıq üçüncü ölüm hadisəsi barədə ciddi araşdırma zərurətindən gedə bilər.Burada ən vacib məsələ ittiham irəli sürmək deyil.Əsas məsələ budur: bu ölümlərin hər biri üzrə tibbi ekspertiza hansı nəticəyə gəlib? Redaksiyamıza daxil olan digər məlumata görə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komisyon Ekspertizalar şöbəsinin rəisi Cavid Cahangirovun da bu məsələlərlə bağlı adı hallanır. İddialara görə, Cavid Cahangirov Seymur Məmmədova yaxın şəxslərdən biri hesab olunur və onun bir sıra işlərinə dəstək verdiyi bildirilir.Cavid Cahangirovun Seymur Məmmədovla hər hansı əlaqəsinin olub-olmaması, ekspertiza proseslərində hansı rolu oynadığı və hər hansı təzyiq və ya müdaxilənin baş verib-vermədiyi müvafiq qurumlar tərəfindən aydınlaşdırılmalıdır. Digər mühüm iddia isə Seymur Məmmədovun sertifikat məsələsinə baxmayaraq estetik əməliyyatları müxtəlif klinikalarda bu gündə davam etdirməsi ilə bağlıdır. Estetik cərrahiyyə fəaliyyəti üçün sertifikatı ləğv edilmiş Seymur Məmmədov,başqa klinikada hansı hüquqi əsasla əməliyyat həyata keçirə bilər? Klinikalar belə bir həkimlə hansı əsasla əməkdaşlıq edir? Onun həmin tibb müəssisələrində əməliyyat aparmasına kim icazə verir? Əməliyyatlar klinikanın rəsmi sənədlərində qeydiyyata alınırmı? Həkimlə tibb müəssisəsi arasında əmək müqaviləsi və ya digər hüquqi əsas mövcuddurmu? İctimaiyyətin cavab gözlədiyi suallar kifayət qədərdir:Cavid Cahangirovun həmin ekspertizalarda rolu nə olub? Ekspertiza nəticələrinə hər hansı müdaxilə və ya təzyiq göstərilməsi barədə araşdırma aparılıbmı?
Sertifikatı ləğv edilmiş həkimin əməliyyat aparmasına şərait yaradan klinikalar hansılardır? Bu sualların cavabı yalnız bir həkimin deyil, səhiyyə sistemində nəzarət mexanizmlərinin işləyib-işləmədiyinin göstəricisi olacaq. Məsələ susmaqla bağlanacaq məsələ deyil. Söhbət insan həyatından, tibbi məsuliyyətdən və ictimai nəzarətdən gedir. Redaksiyamız araşdırmanı davam etdirir.Qanunsuz əməliyyatların hansı klinikalarda aparıldığı barədə məlumatları yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq.Xatırladaq ki, Nilufər Abdullanın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda aparılan istintaq işi hələ tamamlanmayıb. Bu isə həmin ölüm hadisəsinin səbəbləri və tibbi müdaxilənin nəticələri ilə bağlı yekun hüquqi qiymətin hələ verilmədiyini göstərir.Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun ölümü ilə bağlı isə Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıldığı bildirilir.(Mediatvaz.com)
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az