• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
20-08-2026, 09:36

Deputatdan SON DƏQİQƏ Böyük Qayıdış AÇIQLAMASI

Deputatdan SON DƏQİQƏ Böyük Qayıdış AÇIQLAMASI


Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərə ailələrin köçürülməsi davam edir. İllər sonra doğma yurdlarına qayıdan sakinlər üçün yaşayış evləri və zəruri infrastruktur yaradılır. Lakin bu proses yalnız insanların öz torpaqlarına qaytarılması ilə yekunlaşmır. Qayıdan ailələrin həmin ərazilərdə dayanıqlı həyat qurması, təsərrüfat yaratması və gəlir əldə etməsi də mühüm məsələlərdən biridir. Dövlət tərəfindən bu istiqamətdə müxtəlif dəstək mexanizmləri tətbiq olunur.

Bəs dövlət dəstəyi ilə yanaşı, sahibkarların, müxtəlif qurumların və imkanlı şəxslərin də sosial məsuliyyət çərçivəsində qayıdan ailələrin təsərrüfat qurmasına, əkin-biçin və maldarlıq fəaliyyəti ilə məşğul olmasına dəstək verməsi mümkündürmü? Bu cür təşəbbüslər Böyük Qayıdışın iqtisadi və sosial nəticələrinə necə təsir göstərə bilər?



qtisadçı deputat Azər Badamov mövzu ilə bağlı Musavat.com-a deyib ki, 2022–2026-cı illəri əhatə edən “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” uğurla icra olunmaq üzrədir:

“Yeni yollar, yaşayış məntəqələri salınır və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu günə qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına 90 mindən çox insan yenidən qayıdıb və öz doğma torpaqlarında firavan həyat qurmağa başlayıb. Prezident İlham Əliyev həm doğma yurdlarına qayıdan insanlarla görüşlər keçirir, həm də onların arzularının reallaşdırılmasına dəstək göstərir. Təbii ki, ən böyük sevinc müasir şərait yaradılmaqla doğma yurda qayıtmaqdır. Növbəti sevinc isə doğma yurdlarında yaşamaq və yaratmaq imkanlarının yaranmasıdır. Bu baxımdan dövlət başçımızın tapşırığı ilə öz yurdlarına qayıdan insanların məşğulluq məsələlərinin həlli xüsusi əhəmiyyət daşıyır. Ağdam və “Araz Vadisi” sənaye parkları, aqroparklar və sosial müəssisələr məşğulluq məsələlərinin həllində əsas rol oynayır. Həmçinin kəndlərə qayıdan insanlara yaşadıqları inzibati ərazi hüdudları çərçivəsində torpaqlar güzəştli şərtlərlə icarəyə verilir, subsidiyalar tətbiq olunmaqla kənd təsərrüfatı texnikaları ilə təminat həyata keçirilir”.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə qayıtmış insanların təsərrüfat yaratmasına, əkin-biçin işlərini həyata keçirməsinə, maldarlıq təsərrüfatları qurmasına dövlət tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir:

“Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün vergilər və bir sıra ödənişlər üzrə güzəştlər tətbiq olunur, investisiya yatıran şəxslər üçün geniş təşviq və güzəşt mexanizmləri yaradılıb. Hesab edirəm ki, dövlətin göstərdiyi dəstək və qayğı sayəsində işğaldan azad olunmuş ərazilərə qayıdan insanlar tədricən işləyən, istehsal edən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və gələcəkdə ölkə iqtisadiyyatının inkişafına töhfə verən əsas qüvvələrdən birinə çevriləcəklər. Böyük Qayıdışın əsl uğuru yalnız insanların öz doğma yurdlarına qayıtması ilə deyil, onların burada dayanıqlı və firavan həyat qurması, torpaqlarını becərməsi, təsərrüfat yaratması və gələcək nəsillər üçün möhkəm iqtisadi zəmin formalaşdırması ilə ölçülməlidir”.(Musavat.com)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az