
"Nigar Klinikası" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandıraraq bağlama qərarı alıb və passiv rejimə keçib.

32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyəti dondurulan klinikanın hazırda dövlət büdcəsinə 51.236,77 AZN məbləğində vergi borcu mövcuddur.
Qeyd edək ki, 100 AZN nizamnamə kapitalı olan MMC Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 2405-ci məhəllə ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Sərdar Ağamir oğlu Seyidovdur.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az
























