• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-07-2026, 11:03

ABŞ Zəngəzurda "yeni neft" tapıb

ABŞ Zəngəzurda "yeni neft" tapıb


Erməni mediası iddia edir ki, ABŞ Ermənistanın yeraltı sərvətlərinə göz dikib və əvəzində...

"ABŞ ilə Ermənistan arasında may ayının sonunda imzalanmış nadir torpaq metalları üzrə çərçivə memorandumu Cənubi Qafqazda yeni geosiyasi oyunun başlandığını göstərir. Sənəd rəsmi olaraq iqtisadi əməkdaşlıq kimi təqdim edilsə də, onun arxasında qlobal texnologiya yarışının və strateji resurslara nəzarət uğrunda mübarizənin dayandığı açıq görünür".

Nyus.Az xəbər verir ki, son günlər erməni mediasında bu narahatlıqdan doğan mövqelər artıb.

Erməni mediası iddia edir ki, son illər ABŞ-ın Ukrayna, Afrika və Latın Amerikasında kritik minerallara yönəlmiş siyasətindən sonra indi də diqqət Ermənistanın yeraltı sərvətlərinə çevrilib. Vaşinqton nadir torpaq metalları uğrunda rəqabətdə Çinin üstünlüyünü zəiflətmək, Rusiyanın təsir dairəsində olan bölgələrdə yeni iqtisadi dayaq nöqtələri yaratmaq və yüksək texnologiyalar sənayesinin gələcəyini təmin etmək məqsədi güdür.




Memoranduma əsasən, ABŞ Ermənistanda nadir torpaq metalları yataqlarının kəşfiyyatına, hasilatına və emalına böyük həcmdə investisiya yatıracaq, yeni texnologiyalar gətirəcək və geoloji araşdırmaları maliyyələşdirəcək. Sənəddə "dayanıqlı təchizat zəncirinin qurulması" ifadəsi işlədilsə də, əslində söhbət gələcəyin ən qiymətli strateji resurslarına uzunmüddətli nəzarətdən gedir.Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan memorandumun ölkə üçün "tarixi imkan" olduğunu bəyan edib. ABŞ dövlət katibi Marko Rubio isə emal sənayesinə sahib ölkələrin gələcək iqtisadi müstəqillik qazanacağını bildirib. Bu açıqlamalar Vaşinqtonun yalnız xammalla deyil, bütün istehsal zəncirinə nəzarət etmək niyyətində olduğunu göstərir.

Məlumatlara görə, Ermənistan ərazisində lantan, serium, neodim, renium, qallium, tellur və selenium kimi strateji metalların əhəmiyyətli ehtiyatları mövcuddur. Hazırda onların əksəriyyəti ayrıca hasil edilmir və mis-molibden, eləcə də qızıl yataqlarının tərkibində yerləşir.

Ən perspektivli yataqlar Teğut, Qacaran və Sotk hesab olunur. Xüsusilə Sünik (Zəngəzur) bölgəsində yerləşən yataqlar həm ehtiyatlarının həcmi, həm də geosiyasi mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz bu bölgə son illərdə müxtəlif geosiyasi layihələrin və beynəlxalq maraqların kəsişdiyi əsas nöqtələrdən birinə çevrilib. Bəzi qiymətləndirmələrdə Naxçıvanla həmsərhəd dağ massivlərində də oxşar geoloji potensialın olduğu irəli sürülür. Lakin bu barədə hələlik rəsmi təsdiqlənmiş nəticələr yoxdur.

Ermənilər yazır ki, ABŞ diplomatiyası bu prosesi iqtisadi əməkdaşlıq kimi təqdim etsə də, faktlar başqa mənzərə ortaya qoyur.Artıq ABŞ kapitalı ilə Ararat şəhəri yaxınlığında metallurgiya müəssisəsi fəaliyyət göstərir. Növbəti mərhələdə boru, metal profil və digər metallurgiya məhsulları istehsal edən iri sənaye komplekslərinin yaradılması planlaşdırılır. Layihələrin Ermənistan-Amerika mənşəli GTB Holdings və GTB Steel şirkətləri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Diqqət çəkən məqam isə budur ki, bu holdinqin real benefisiarları barədə açıq mənbələrdə demək olar ki, heç bir məlumat yoxdur. Bu isə layihələrin arxasında hansı maliyyə və siyasi qrupların dayandığı barədə müxtəlif suallar yaradır.



Nadir torpaq metalları XXI əsrin "yeni nefti" hesab olunur. Elektrik avtomobilləri, süni intellekt sistemləri, mikroçiplər, raket sənayesi, peyk texnologiyaları və müdafiə sənayesi məhz bu resurslardan asılıdır. Bu səbəbdən Vaşinqtonun Ermənistana marağı sadəcə investisiya layihəsi kimi qiymətləndirilmir. Məqsəd kritik xammalın hasilatından başlayaraq emalına və ixrac marşrutlarına qədər bütün zəncir üzərində təsir imkanları əldə etməkdir. ABŞ son illər Çindən asılılığı azaltmaq üçün dünyanın müxtəlif bölgələrində oxşar layihələr həyata keçirir. Ermənistan da həmin strategiyanın Cənubi Qafqazdakı yeni həlqəsinə çevrilməkdədir.

Maraqlıdır ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da ABŞ-ın bu siyasətini sərt tənqid edib. Onun fikrincə, Vaşinqton hüquqi öhdəliklər götürmədən regionun ən qiymətli sərvətlərini nəzarət altına almağa çalışır. Bu mövqe Kremlin Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi rəqabətin başlandığını qəbul etdiyini göstərir. Əgər əvvəllər mübarizə nəqliyyat dəhlizləri və enerji marşrutları üzərində gedirdisə, indi rəqabətin mərkəzinə nadir torpaq metalları çıxır. Belə görünür ki, Ermənistan artıq təkcə siyasi deyil, həm də mineral ehtiyatlar uğrunda qlobal qarşıdurmanın yeni meydanına çevrilir. Vaşinqton bunu strateji investisiya adlandırır, Moskva isə resursların ələ keçirilməsi cəhdi kimi qiymətləndirir. Hər iki halda aydın olan budur ki, XXI əsrin ən qiymətli sərvətləri uğrunda mübarizə artıq Cənubi Qafqaza da çatıb və bunun regionun siyasi balansına təsiri yaxın illərdə daha qabarıq hiss olunacaq.

Ermənistan hakimiyyəti bu əməkdaşlığı ölkəyə milyardlarla dollar investisiya, yeni iş yerləri, müasir texnologiyalar və dünya bazarına inteqrasiya imkanı kimi təqdim edir. ABŞ isə bunu kritik minerallar üzrə alternativ tədarük mənbələrinin yaradılması strategiyasının tərkib hissəsi hesab edir.(Musavat.com )

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az