• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı
  • 03-06-2026 Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi"
  • 03-06-2026 Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
  • 03-06-2026 "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
  • 03-06-2026 “Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında
  • 03-06-2026 Tramp Tehranla bağlı xəbərləri təkzib etdi
  • 03-06-2026 Naxçıvandakı ağır qəzada ölənlərin sayı artıb
  • 03-06-2026 TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir - Marko Rubio
  • 03-06-2026 İctimai nəqliyyat ödənişlərində yenilik
  • 03-06-2026 "34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir"
  • 02-06-2026 Dünyanın ən dəyərli klubları bilindi
  • 02-06-2026 Bu gün maşınla yola çıxanların DİQQƏTİNƏ

XƏBƏRLƏR

    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
    Qarşıdakı 5 illə bağlı alimlərdən XƏBƏRDARLIQ
    Hər gün 2 qaşıq yeyin, görün nə olur...
    “Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam”
2-01-2026, 08:10

ALİ TƏHSİLİ OLMAYAN RƏQQASƏ NECƏ REKTOR OLDU?

ALİ TƏHSİLİ OLMAYAN RƏQQASƏ NECƏ REKTOR OLDU?


Azərbaycan təhsil sistemində son illər müşahidə olunan kadr təyinatları artıq tək-tək istisna yox, sistemli problemə çevrilib. Bu problemin ən bariz nümunələrindən biri isə Bakı Xoreoqrafiya Akademiyasında baş verənlərdir.Bakı Xoreoqrafiya Akademiyası sıradan mədəniyyət müəssisəsi deyil. Bu akademiya ölkənin peşəkar xoreoqraflarını, baletmeysterlərini, pedaqoqlarını yetişdirən ali təhsil ocağıdır. Belə bir qurumun tədris prosesinə cavabdeh olan şəxsin elmi-pedaqoji hazırlığı, akademik təcrübəsi, ali təhsili və idarəçilik bacarığı olmalıdır. Rəqqasə olmaq — hörmətli peşədir, lakin bu fakt ali məktəbi idarə etmək üçün hüquqi və peşəkar əsas yaratmır.
Bakı Xoreoqrafiya Akademiyasında baş verən kadr təyinatı ilə bağlı narazılıqlar artıq təkcə media müstəvisində deyil, sənət cameəsinin içindən də səslənir. Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Xanlarova özünün Facebook səhifəsində açıq paylaşım edərək ciddi suallar qaldırıb.



Mehriban Xanlarova paylaşımında bildirir ki, ali təhsili olmayan, peşə fəaliyyəti rəqqasəlikdən ibarət olan Nailə Məmmədzadə əvvəlcə Bakı Xoreoqrafiya Akademiyasında tədris işləri üzrə prorektor, daha sonra isə rektor vəzifəsinə təyin olunub. Əməkdar artist bu təyinatı sənətə və təhsilə hörmətsizlik kimi qiymətləndirərək, Mədəniyyət nazirliyini mövqelərini açıqlamağa çağırıb.
Bu paylaşım bir daha göstərir ki, söhbət fərdi iddialardan deyil, ictimai narahatlıq doğuran real problemdən gedir. Çünki Bakı Xoreoqrafiya Akademiyası ölkədə peşəkar xoreoqrafiya təhsili verən yeganə ali məktəblərdən biridir və burada qəbul edilən hər bir kadr qərarı birbaşa sənətin gələcəyinə təsir edir.
Sual dəyişməz qalır:
Ali təhsili olmayan şəxs ali təhsil müəssisəsində necə tədrisə rəhbərlik edə, daha sonra isə rektor ola bilər?
Əgər bu iddialar doğrudursa, bu, yalnız etik deyil, eyni zamanda qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Çünki ali təhsil müəssisəsində rəhbər vəzifələr üçün müəyyən olunmuş normativ tələblər mövcuddur.
İllərlə bu sahədə təhsil almış, akademik pillələrdən keçmiş, elmi-pedaqoji fəaliyyəti olan mütəxəssislərin kənarda saxlanılması, əvəzində isə peşəkar meyarlara cavab verməyən şəxslərin irəli çəkilməsi öz-özlüyündə müəyyən suallara yol açır.
Əməkdar artist Mehriban Xanlarovanın sosial şəbəkədəki paylaşımı göstərir ki, bu məsələ artıq ört-basdır ediləcək mövzu deyil.



Dünyasını dəyişmiş,"Şöhrət" və "Şərəf" ordenli ustad rəqqasə Roza Cəlilova 2023-ci ildə moderator.az-a açıqlamasında Xoreoqrafiya Akademiyasının bu günki fəaliyyətindən də danışıb. Akademiyanın rektorunun olmamasından narahatlığını bildirib.
"Bizim vaxtımızda xoreoqrafiya məktəbi deyilirdi. O məktəbdə çox böyük nizam-intizam var idi. O vaxt 2 xanım dayanırdı qapıda, bizim balet, rəqs geyimlərimizi geyindiriridilər. Kaş elə məktəb qalardı, Akademiya yox! Nailə Məmmədzadə ora gələndən akademiyada təhsil sıfıra endirilib. Bir çox tələbə dərsə gəlmir. Orada tədris edən müəllimlər fənni apara bilmirlər. Çünki başqa ixtisasın müəllimləri onlara aid olmayan fənlərdən dərs deyir. Ən yaxşı müəllimləri, savadsız kadrlarla əvəzləyir. Təsəvvür edirsiniz, bu nə deməkdir?! 76 ildir incəsənətdəyəm, bir də eşidirəm ki, ora rəqs quruluşuna kimisə göndəriblər. Soruşuram ki, bu kimdir? Dedilər ki, bədii rəhbərdir. Bu gülüncdür. Bədii rəhbər kollektivlərdən yetişir, püxtələşir. Mən hələ onu bir rəqsdə, məktəbdə, kollektivdə görməmişəm. 1-2 il keçdi, onun vəzifəsini dəyişdilər. Prorektor qoydular. Bu adam kimlərinsə hesabına prorektor oldu. 3 ildir bu Akademiyada rəhbər yoxdur. Bir adamın ki, ali təhsil diplomu yoxdur, amma orada 3 vəzifəni icra edir. Həm bədii rəhbər, həm tədris üzrə prorektor, həm də rektor vəzifəsini müvəqqəti icra edir. Bu çox gülünc və qanuna ziddir. Təhsili, elmi dərəcəsi, rəqs sənətində uğurları olan insanlar rəhbər vəzifəsinə təyin olunmalıdır.O vaxt Muğam teatrı var idi, Arif Qazıyev rəhbərlik edirdi. Mən də orada olurdum, digər sənətkarlar da. Dedilər ki, bu Nailə də orada çalışıb. Dedim axı mən də orada olmuşam, heç onu görməmişəm?! Sən demə o gecələr, orada göbək rəqsi oynayan olub. Özü də ayaqyalın. İndi siz deyin, özfəaliyyətdən çıxmış bu qadın, göbək rəqsi oynayan oriental rəqqasə bu akademiyaya necə rəhbərlik edə bilər? 16 respublikanın içində ad çıxarmışdı bizim məktəb, hamı başına and içirdi".
P.S Bakı Xoreoqrafiya Akademiyasında baş verənlər təkcə bir şəxsin məsələsi deyil — bu,cəmiyyətdə ciddi suallar doğuran bir mövzudur. Qarşı tərəfin cavab haqqını tanıyırıq.. //Mediatv.az//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az