• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
19-07-2021, 11:00

Sərhəddə hərbi gərginlik: Azərbaycanı arzuolunmaz ssenariyə sürükləmək istəyirlər - NƏ BAŞ VERİR?

Sərhəddə hərbi gərginlik: Azərbaycanı arzuolunmaz ssenariyə sürükləmək istəyirlər - NƏ BAŞ VERİR?

Son günlər Ermənistanın yeni təxribatları səbəbindən sərhəddə hərbi gərginliyin artması müşahidə edilir. Azərbaycan Ordusunun mövqelərinin hər gün həm Ermənistan ərazisindən, həm də Qarabağda olan separatçı erməni silahlı dəstələri atəşə tutulduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

İyulun 17-si saat 08:30-da isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan Ordusunun mövqeləri Tovuz, Ağdam və Naxçıvan Muxtar Respublikası istiqamətində atəşə tutulub. Bununla yanaşı, Qarabağdakı terrorçu erməni silahlı birləşmələri tərəfindən Şuşa şəhəri istiqamətində atəş açılmışdı.

Atəşkəsi pozmaqla düşmən yekun sülhdə maraqlı olmadığını göstərməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə gün öncə bu məsələyə toxunmuşdu. Belə ki, iyulun 14-də Prezident Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil.

“Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər”, - deyə Ali Baş Komandan vurğulayıb.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın mövqelərinin mütəmadi atəşə tutulması, Qarabağdakı separatçıların silaha əl atması - bütün bu olanlara 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanat əsasında Qarabağa yeridilən Rusiya sülhməramlılarının səssiz qalması bölgədə yeni müharibə riskini artırır. Hərbi gərginliyin səbəblərini AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, atəşkəsin pozulması Qarabağ münaqişəsinin həll olunmadığını göstərmək anlamını verir.

“Rəsmi İrəvandan verilən bəyanatlar da bu yöndədir. Məsələn, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən (seçkidə qalib gəldiyinə görə Baş nazir vəzifəsinə təsdiq olunacaq) Nikol Paşinyan çıxışlarında bildirir ki, Qarabağ məsələsi həll olunmayıb. Atəşkəs pozuntusu ilə bunu bir daha əyani göstərirlər. Minsk Qrupunun həmsədrləri olan ABŞ-a, Rusiyaya və Fransaya belə vəziyyət sərf edir. Onlar da atəşkəsin pozulması ilə göstərmək istəyirlər ki, müharibə həll olunmayıb. Baxın, həmsədr ölkələr İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə nail olunmasına çalışmaq istədiklərini bəyan ediblər. Bu, onların mövqeyinin nədən ibarət olduğunu açıq-aydın göstərir”, - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, münaqişənin tam həll olunduğunu yalnız Azərbaycan bəyan edir: “Bunu deməkdə rəsmi Bakı təbii ki, maraqlıdır. Lakin hazırda ərazisinin bir hissəsinə Rusiyanın nəzarət etdiyi halda Azərbaycanın tam qələbəsi barədə danışmaq çətindir. Atəşkəsin pozulması ən əsas da Kremlin marağına uyğundur”.

“Rusiya sülhməramlılarının separatçıları atəş açdığına görə cəzalandırmağa gücü çatmır? Əlbəttə, çatır. Məsələ burasındadır ki, Rusiya Qarabağda ermənilərin olmasında maraqlıdır. Bu vasitə ilə Rusiya özünün Qarabağda mövcudluğunu izah edə bilir. Yekun sülhdə rəsmi Moskva maraqlı deyil. Rusiya bilir ki, Azərbaycan ermənilərlə dil tapa bilsə, Rusiyanın burada olmasına ehtiyac qalmayacaq”, - deyə Əlizadə vurğulayıb.

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl isə AYNA-ya deyib ki, istər Azərbaycan-Ermənistan dövlət sərhədində, istərsə də Qarabağdakı təmas xəttində baş verən atışmaların mütəmadi hal alması bizim xeyrimizə deyil: “Azərbaycan istəyir ki, sülh müqaviləsi imzalansın və ərazi bütövlüyümüz çərçivəsində bu məsələ bitsin, erməni əsilli olan Azərbaycan vətəndaşları yaşadıqları yerlərdə qalıb yaşasınlar. Qarşı tərəf isə bununla razı deyil. Onlar istəmirlər ki, statussuz Qarabağ olsun. Belə olan halda atəşkəsin pozulması halları da artır”.

“Əlbəttə, Ermənistanı təhrik edənlər qlobal güclər var. Bunların da kimliyi bəllidir - Rusiya, Fransa və ABŞ. Faktiki olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrinin səfirlərinin Şuşa səfərindən imtinası da göstərdi ki, onlar Ermənistanın tərəfindədirlər. Daha doğrusu, Ermənistanın tərəfində dayandıqlarını Şuşaya səfərdən imtina ilə sübut etmək istəyirlər. Üstəlik də, Rusiya sülhməramları adı altında Qarabağda uzunmüddətli qalmaq istəyir”, - deyə həmsöhbətimiz söyləyib.

Ekspertin qənaətincə, yekun sülh prosesinin uzanması Ermənistana sərf edir: “Ona görə də ermənilər təxribatlar törətməkdədirlər. Ermənistan tərəfi fikirləşir ki, Azərbaycan nə qədər güzəşt etmirsə, ona beynəlxalq təzyiqini erməni diasporunun vasitəsilə artıracaqlar. Buna isə əsas lazımdır. Əsas da həmsədrlərin onlara verdiyi ilhamlandırıcı mesajlardır”.

“Əlbəttə, rəsmi Bakının vəziyyətdən çıxış yolu var. Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatın icrasını Rusiya dövlətindən tələb etməlidir – həm də israrla, qətiyyətlə. Həmin sənədin bütün bəndləri icra olunsa, vəziyyət düzələcək. Bəyanatın əsas bəndlərinin yerinə yetirilməsi sülh prosesində yolun yarısının gedilməsi deməkdir”, - deyə İ.İsmayıl fikrini tamamlayıb.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az