• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
3-09-2020, 13:04

"News Blaze": Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayır

"News Blaze": Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayır

"News Blaze" nəşrində amerikalı yazıçı və jurnalist Nurit Qringerin Ermənistanın Rusiya tərəfindən silahlandırılması, eləcə də bu ilin iyulunda Tovuzda baş vermiş döyüşlərin təhlilinin yer aldığı məqaləsi dərc edilib.

Nyus.Az Trend-ə istinadən bildirir ki, məqalədə qeyd olunur ki, məhz Rusiyanın Ermənistana göstərdiyi hərbi və maliyyə yardımı Yerevana Azərbaycana qarşı hücum keçirməyə kömək edib:

"Beləliklə, son 30 ildə Rusiyanın niyə Ermənistanı silahlandırmağa davam etdiyi tamamilə aydındır. Rusiyanın Ermənistandakı 5000 nəfərlik hərbi bazası dünyanın ən böyük hərbi bazalarından biridir. Rusiya hərbi qüvvələri Ermənistanın sərhədlərini və hava məkanını qoruyur və Ermənistan iqtisadiyyatının 80%-i Rusiya şirkətlərinə məxsusdur. Bundan əlavə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan, Rusiyanın rəhbərlik etdiyi NATO əleyhinə hərbi blokun, eyni zamanda Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvüdür".

Müəllif yazır ki, 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin ağır artilleriyası Azərbaycanın silahlı qüvvələrinin ölkənin şimal-qərb sərhədindəki mövqelərini atəşə tutdu:

"Bu, iki ölkə arasında atəşkəs rejiminin son illərdəki ən sərt şəkildə pozuntusu idi. Nəticədə 15 Azərbaycan əsgəri və əlil olan 76 yaşlı dinc sakin öldürüldü".

Nəşr qeyd edir ki, Ermənistanın Tovuz rayonuna hücumu işğal altındakı Qarabağ ərazilərindən uzaqda, ölkənin sərhədində baş verdi.

N.Qringer yazır ki, Tovuz rayonu strateji əhəmiyyət kəsb edir:

"Burada həm Azərbaycanın suverenliyinin qorunması və iqtisadiyyatıın inkişafı üçün vacib olan, həm də Avropa və ABŞ üçün mühüm əhəmiyyət daşıyan bir neçə strateji neft və qaz kəməri yerləşir. Tovuz rayonundan yaxın aylarda tam istifadəyə veriləcək Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Cənubi Qafqaz Boru kəməri keçir. Cənub Qaz Dəhlizi Azərbaycan qazını Gürcüstan, Türkiyə və Cənubi Avropadan keçən Trans-Anadolu boru kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropa bazarlarına nəql edəcək. Ən vacib məqam odur ki, bu boru kəməri Rusiya və İrandan yan keçərək, alternativ təbii qazı birbaşa Avropanın istehlak bazarına çatdırır. Boru kəməri Avropanın Rusiya qazından asılılığını azaltmağa və qitənin enerji mənbələrinin şaxələndirilməsini yaxşılaşdırmağa kömək edəcək. Öz şəbəkələri vasitəsilə Avropaya enerji tədarükünə nəzarət etmək üçün Rusiya təbii olaraq Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxır. Bunu nəzərə alaraq hesab etmək olar ki, Ermənistanın Tovuz rayonuna son hərbi hücumunun bu strateji qaz kəmərinin inşasının başa çatmasına bir neçə ay qalmış baş verməsi təsadüfi deyil".

Müəllif vurğulayır ki, Rusiya öz müttəfiqi Ermənistanı fəal şəkildə Azərbaycana qarşı qoyur, onu hücum silah sistemləri ilə silahlandırır:

"Moskva iyul toqquşmalarından sonra Ermənistanı silahlandırır. 17 iyul 2020-ci ildə, son hərbi eskalasiyanın qızğın vaxtlarında Azərbaycanın xüsusi xidmət orqanları ilk dəfə hərbi texnika və sursat tədarük olunduğunu elan edib. O vaxtdan Rusiya Ermənistana təxminən yarım milyon ton silah verib. Azərbaycan Prezidenti İlham Əliyev öz narahatlığını bildirib və aydınlıq gətirilməsi üçün Vladimir Putinə müraciət edib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli həvalə olunmuş ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi Rusiya üçün münaqişə tərəflərindən birini intensiv şəkildə silahlandırmaq tamamilə qəbuledilməzdir. Beləliklə Rusiya sadəcə Ermənistan-Azərbaycan münaqişəsində öz payını artırır.

"News Blaze" qeyd edir ki, Rusiya Ermənistana silah çatdırmaq üçün Xəzər dənizi və İran ərazisindən keçən marşrutdan istifadə edib:

"Demək olar ki, hər gün Rusiyanın İl-76 strateji təyyarəsi Ermənistanın paytaxtı Yerevanda enir. Rusiyanın Ermənistanı Azərbaycana qarşı yeni bir müharibəyə hazırladığı aydın olur. Azərbaycan daim qeyd edir ki, Ermənistan Suriyaya kontingent göndərməklə Suriya münaqişəsində Rusiyanın tərəfini tutur və onun ərazisi Suriyada fəaliyyət göstərən rusiyalı hərbçilər tərəfindən istifadə edilir. Bu o deməkdir ki, Ermənistan Suriyadakı münaqişənin fəal iştirakçısıdır, bu ölkədə kadrları var və Ermənistan, həmçinin "qara ticarət"lə, Suriyadan qanunsuz silah almaqla məşğuldur".

Müəllif əlavə edib ki, Cənubi Qafqazdakı son hadisələr, xüsusilə də Rusiyanın neoimperialist siyasəti və silah tədarükü narahatlıq doğurur:

"Azərbaycanın geostrateji və geoiqtisadi əhəmiyyətini, habelə Mərkəzi Asiyanı Qərblə birləşdirməsindəki vacib rolunu nəzərə alaraq, Rusiyanın Ermənistana davamlı silah tədarükü ABŞ və Avropanı narahat etməlidir. Hər hansı bir diplomatik müdaxilə olmasa, Cənubi Qafqaz regionunda yalnız Rusiyanın faydalana biləcəyi iğtişaşlar başlaya bilər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan

1 2 3
Önceki Sonraki
Yukarı
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az