
2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan edib. Məhkəmə heyəti və katibi təqdim edildikdən sonra iclasda məruzəçi hakimin seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumatı dinlənilir.
İclasın yekununda Milli Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq ediləcək.
Qeyd edək ki, fevralın 25-də Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.
Seçkilərdə dairələr üzrə lider namizədlərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz: https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=1
Nyus.Az

























