• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
29-02-2020, 11:13

Azərbaycan Vatikanda böyük hörmətə malikdir - Katolik kilsəsinin dini rəhbəri - FOTO

Azərbaycan Vatikanda böyük hörmətə malikdir - Katolik kilsəsinin dini rəhbəri - FOTO

Xəbər verdiyimiz kimi, fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Görüş zamanı Roma Papası onların Vatikana səfərlərini və özünün 2016-cı ildə Azərbaycana səfərini xatırladaraq bu səfərdən məmnun qaldığını bildirib.

Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Nyus.Az xəbər verir ki, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete isə Trend-ə açıqlamasında bildirib ki, Papanın və kardinal Pietro Parolin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı qəbul etməsi onu göstərir ki, Azərbaycan Vatikanda böyük hörmətə malikdir. Onun sözlərinə görə, Papa ilə görüşə bir çox ölkələrin nümayəndələri can atır:

"Hörmətli Prezident İlham Əliyevin iştirak etdiyi bu dinlərarası dialoq vacib əhəmiyyət kəsb edir. Bu fikir bir çox forumlarda səsləndirilib ki, dövlətin siyasəti və tarixi şərait Azərbaycana əsas etnik qruplar arasında hörmət münasibətləri quran məkana çevrilməyə imkan verir. Bu siyasətin nəticəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə yəhudi icmasının nümayəndələri arasındakı münasibətlərin nümunəsində də özünü göstərir".

V.Fekete qeyd edib ki, bu, müxtəlif ölkələrdən olan qonaqlar tərəfindən Azərbaycanda müşahidə edilən vacib faktdır:

"Mən artıq 10 ildir, Azərbaycanda yaşayıram və Katolik kilsəsinin dini rəhbəri olaraq xidmətimi həyata keçirirəm. Bu vaxt ərzində Azərbaycanda dini qruplar arasında yüksək səviyyəli əlaqələrlə və tarixin incəlikləri ilə kifayət qədər tanış ola bilmişəm. Əminəm ki, din xadimləri arasında müsbət əlaqələr həmişə yalnız möminlər üçün deyil, eləcə də bütün cəmiyyət üçün faydalı olacaq".

Katolik kilsəsinin başçısı əlavə edib ki, bizim bayramlarımız Azərbaycanda layiqincə qeyd olunur, tədbirlərə xaricdən qonaqlar, digər dini icmaların nümayəndələri qatılır. Heç də bütün ölkələrdə multikulturalizmə Azərbaycandakı kimi layiqli münasibət, hörmət yoxdur:

"Dinlərarası dialoq hər zaman önəmlidir. Bəzi ölkələrdə yaşanan çətinliklər siyasətçilərin dinlərarası dialoqun uğursuzluqları barədə bəyanatlar verməsinə səbəb olub. Azərbaycan isə digər ölkələr üçün müsbət örnəkdir".

Qeyd edək ki, Azərbaycanda Katolik icmalarının inkişaf dövrü orta əsrlərə təsadüf edir. Bu dövrdə Bakıda, Şamaxıda, Gəncədə, Təbrizdə, Naxçıvanda və başqa şəhərlərdə Roma-katolik kilsəsinin mənsubları məskunlaşaraq monastır, kilsə və tədris ocaqları yaradıblar. Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonra bütün Katolik icmalar öz fəaliyyətlərini dayandırsalar da, XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədər olan dövr icmanın həyatında əhəmiyyətli mərhələ kimi səciyyələnir. Çünki bu dövrdə Azərbaycanda Katolik xristianlığına və digər qərb kilsələrinə mənsub əcnəbilərin artımı baş verib. 1912-ci ildə isə qotik üslublu Müqəddəs Məryəmin Bakirə Hamiləliyi katolik məbədi tikilib.

Bolşeviklər tərəfindən uçurulan Bakirə Müqəddəs Məryəm kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunub. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis edib və ilk ibadəti həyata keçirib. Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az