• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-01-2020, 18:10

Prezident İlham Əliyev: "Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir"

Prezident İlham Əliyev: "Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir"

Mən sizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin edirəm. Siz hazırda sədrin birinci müavini vəzifəsində çalışırsınız. Bu, sizə göstərilən böyük etimad və sizin üçün böyük məsuliyyətdir. Çünki mənim tapşırığımla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları genişləndirilib. Hazırda bu Komitənin şəhərsalma və memarlıq prinsiplərini müasir əsaslarla təşkil etmək üçün xüsusi rolu və əhəmiyyəti vardır.

Nyus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Bakı çar Rusiyası dövründə və sovet dövründə sənaye şəhəri kimi formalaşıb. Təbii ki, sənayenin genişmiqyaslı inkişafı şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsir göstərmişdir. Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidənqurma və abadlıq işlərinə start verildi. Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər. Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır. Biz, ilk növbədə, Bibiheybət buxtasının yaşıllaşdırılması, neft gölməçələrinin qurudulması və təmizlənməsi məsələsinə diqqət yetirdik. Vaxtilə ekoloji fəlakət mənzərəsini əks etdirən Bibiheybət buxtası indi yaşıllıq, park zonasıdır. Orada idman şəhərciyi, o cümlədən Su İdmanı Sarayı, digər idman və istirahət infrastrukturu yaradılıbdır.

Balaxanı zibilxanası digər tərəfdən şəhərimizin havasını çirkləndirirdi. Onilliklər ərzində biz bu acı reallıqla üz-üzə qalmışdıq. Orada yandırılan zibilin tüstüsü bütün şəhərimizin səmasını zəhər kimi bürüyürdü. Biz oranı da təmizlədik, müasir zibilyandırma zavodu, poliqon tikilibdir. Çoxdandır ki, orada məişət tullantılarının çeşidlənməsi prosesi təşkil edilib və artıq bu zona ekoloji təmiz zonaya çevrilib. O əraziyə bitişik olan Böyükşor gölünün təmizlənməsi layihəsi də çox böyük əhəmiyyət daşıyır. Ora da vaxtilə ekoloji fəlakət zonası idi. Çünki sovet vaxtında oraya həm kanalizasiya, həm də lay suları axıdılırdı, eyni zamanda, oradan açıq səma altında neft anbarı kimi istifadə olunurdu. Böyükşor gölünün birinci hissəsinin təmizlənməsi hesab edirəm ki, şəhər üçün tarixi hadisədir. Hazırda orada bir kilometr uzunluğunda bulvar salınıb və gölə quşlar da qonurlar. Bu da onu göstərir ki, təmizlik tam təmin edilibdir. Mən digər sahələri də sadalaya bilərəm, onlardan biri də Qara şəhərdir. İndi bəzilərinin yadından çıxır ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir.

"Sovetski" adlandırılan ərazidə yaşayış çox ağır idi. Yəni, bir-birinin içində olan köhnə daxma tipli tikililər həm ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi, həm də orada yaşayan insanlar və nəqliyyat üçün böyük problem yaradırdı. Yolların eni 2-3 metr idi. Biz böyük işlər görərək oradan da vətəndaşları kompensasiya əsasında köçürdük. Bəzilərinə yeni evlər verildi, bəzilərinə pul təminatı. İndi orada fəaliyyət göstərən Mərkəzi Park dünya miqyasında ən gözəl parklardan biridir. Bütün bunlar görülən işlərin bir hissəsini təşkil edir. Bütün işləri sadalamaq üçün günlərlə vaxt lazımdır. Görülən işlər onu sübut edir ki, Bakı şəhərinin inkişafına, havasının təmizlənməsinə və nəticə etibarilə, vətəndaşların rahat yaşamasına nə qədər böyük diqqət göstərilir. İndi Bakı bulvarı 15 kilometr uzunluğunda gözəl bir milli parkdır. Vaxtilə uzunluğu cəmi 3 kilometr idi. Orada yerləşən sıradan çıxmış və yarıdağılmış tikililər söküldü, insanlar üçün şərait yaradıldı. Ona görə Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində, ilk növbədə, bu amillər nəzərə alınmalıdır. Vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az