• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-12-2019, 10:29

Prezident İlham Əliyev: Heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın

Prezident İlham Əliyev: Heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın

Heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib:

"Azərbaycanda müxalifətin çox dərin böhran içində olmasının bir neçə səbəbi var. Hesab edirəm, birinci səbəb odur ki, bu gün müxalifətçiliyi inhisara götürmüş adamlar vaxtilə hakimiyyətdə olublar. Onların bəd əməlləri xalqımızın yaddaşından silinməyib. Biz hamımız AXC-Müsavat cütlüyünün hakimiyyətini yaxşı xatırlayırıq, o, bizim üçün bir biabırçılıq dövrü idi. Hesab edirəm ki, milli rəzalət dövrü idi. Çünki hakimiyyətə gəlmiş savadsız, səriştəsiz adamlar öz məsuliyyətini dərk etmədilər. Onlar, dediyim kimi, deqradasiyaya uğramış məmurlar kimi hakimiyyəti ancaq gəlir mənbəyi olaraq görürdülər. Onların əsas məqsədi varlanmaq, talamaq, oğurlamaq, satmaq idi, bir-biri ilə elə bil ki, yarışa girmişdilər - kim daha çox oğurlayacaq, kim daha çox ziyan vuracaq ölkəyə. Ölkə problemləri qaldı kənarda, Qarabağ problemi qaldı kənarda, sosial problemlər, hansı ki, Azərbaycan vətəndaşları böyük sosial problemlərlə üzləşmişdilər. İnflyasiya 1000 faizdən çox idi. Onların heç vecinə də deyildi. Onların işi ancaq dövlət əmlakını mənimsəmək idi, mən bunu dəfələrlə demişəm, bunun sübutları da var. Ləl-Cavahirat Fondunu elə taladılar ki, orada bir dənə də qiymətli əşya qalmadı. Vətəndaşlar axırıncı zinət əşyalarını gətirib verirdilər ki, bu, ümumi işimizə sərf olunsun, onu da taladılar. Ona görə xalqın yaddaşında bu qalıb. Eyni zamanda, vətəndaş müharibəsi - bu, ən ağır müharibədir, çünki qardaş qanı tökülür. Orada ermənilər torpağımızı işğal edirdilər, bunlar isə Gəncəni bombalayırdılar, öz xalqına qarşı cinayətlər törədirdilər, sonra da fərari kimi qaçıb gizləndilər. Həmin bu adamlardır ki, bu gün müxalifətçiliyi də inhisara götürüblər. Əslində, bunların nə mənəvi haqqı çatır, nə təcrübəsi, nə biliyi. Sadəcə olaraq, onların bu inhisarı saxlamaq üçün bir amili var, o da xarici dəstək. Çünki bunlar xaricdən idarə olunur. Bu, hesab edirəm ki, ikinci səbəbdir - nə üçün bunların cəmiyyətdə heç bir hörməti yoxdur?

Heç kəs üçün sirr deyil ki, bunlar xaricdən maliyyələşir. İyirmi il ərzində heç bir yerdə işləməyənin haradandır bu qədər varidatı, haradandır bu qədər imkanları ki, yaxın qohumları getsinlər ən inkişaf etmiş ölkələrdə çox gözəl həyat sürsünlər? Ona bir hesabat verirlər, yoxsa yox? Əlbəttə ki, yox. Amma biz bilirik, biz çox şeyi bilirik. Bəlkə də hamısını hələ ki, deməyə ehtiyac yoxdur. Ona görə bir tərəfdən onların törətdikləri cinayətlər və ölkəmizin demək olar ki, uçurum kənarına gətirilməsi, ondan sonra da qorxaqcasına, fərari kimi qaçıb gizlənməsi, ikinci tərəfdən, "beşinci kolon" kimi burada ölkəmizin maraqlarına qarşı onların fəaliyyəti. Bu iki amil hesab edirəm ki, onları bütün daxili dayaqlardan məhrum edib. Bir də ki, onların həm siyasi, həm həyatdakı davranışını, yəni, o biabırçı kadrları Azərbaycan tamaşaçıları görübdür. İsterikaya, panikaya qapılmış adam necə özünü lider hesab edə bilər? Yaşlı qadının qolundan yapışan, qorxusundan, məni bağışlayın, gizlənmək üçün deşik axtaran adam necə liderlik funksiyasını öz üzərinə götürə bilər? Sonra da gəlsin bütün ictimaiyyət qarşısında desin ki, vanna otağında mənə qarşı zor tətbiq etdilər. Birincisi, bu, yalandır. İkincisi, hansı özünə hörmət edən adam belə bir ifadə işlədər, bütün xalq qarşısında? Ona görə bunların qətiyyən mənəvi haqqı yoxdur ki, hansısa irad irəli sürsün. Yeganə dayaqları xarici dairələrdir. O dairələr ki, onlar da istəyirlər öz əlaltılarını hakimiyyətə gətirsinlər. Necə ki, vaxtilə 1992-ci ildə prezidentin kabinetinin qapısını bəzi səfirlər ayaqla açırdılar, o dövrü yenə də yaşamaq istəyirlər, ancaq alınmayacaq. Çünki heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın, yenə də hansısa mövqe əldə etsinlər. Azərbaycan xalqı buna imkan verməyəcək. Ona görə bunların dırnaqarası aksiyalarına heç kim gəlmir, heç kim qoşulmur. Bunların dırnaqarası siyasi mübarizəsi virtual həyatdadır. Orada da artıq bütün dayaqlarını itiriblər. Bir-birinə saxta layk atmaqla bunlar hakimiyyətə gəlmək istəyirlər və onların biabırçı hərəkətləri, antimilli, xəyanətkar addımları cəmiyyətdə ikrah hissi doğurur. Əgər müxalifət nəyisə əldə etmək istəyirsə, ilk növbədə, o partiyalar naftalin qoxusu gələn ünsürlərdən təmizlənməlidir, sağlam, müasir müxalifət formalaşmalıdır. O müxalifət ki, bizi tənqid edəcək, amma əsaslı tənqid edəcək. O müxalifət ki, ümumxalq məsələlərini hər şeydən üstün tutur. Mən ümid edirəm ki, nə vaxtsa, biz bunu görəcəyik".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az