• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-12-2019, 10:22

Azərbaycan Prezidenti: Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq

Azərbaycan Prezidenti: Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq

Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib:

"Azərbaycan dinlərarası dialoqun təşviqi baxımından platformanin yaradılması istiqamətində ardıcıl siyasət aparır və bu siyasətin çox sadə səbəbləri vardır. İlk növbədə, bu siyasət və bu sahədə aparılan işlər, apardığımız siyasət daxili vəziyyətin sabitləşməsinə, sabit saxlanmasına xidmət göstərir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, həqiqətən belədir. Bu, həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir. Biz əsrlərboyu bu ab-havada yaşamışıq və Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər, heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda qarşıdurma, yaxud da hansısa bir anlaşılmazlıq olmamışdır. Ona görə biz bu siyasəti apararkən hesab etdik ki, əgər geniş beynəlxalq əməkdaşlıq bu istiqamətdə qurularsa, bu, həm bizim üçün daha yaxşı olacaq, həm də biz regionda mövcud olan vəziyyətə də müsbət təsir göstərəcəyik. Çünki biz adada yaşamırıq və bizim təhlükəsizliyimiz, sabitliyimiz əlbəttə ki, daxili amillərə söykənir. Ancaq hüdudlarımızdan kənarda yerləşən ölkələrdəki vəziyyət də bizim üçün çox əhəmiyyətlidir. Bu bir.

İkincisi biz hesab etdik ki, Azərbaycan bu missiyanı öz üzərinə götürə bilər - təkcə tarixi keçmişinə görə yox, eyni zamanda, bugünkü siyasətinə görə. Çünki bizim siyasətimiz əməkdaşlığa hesablanıbdır. Mən tam əminəm ki, yalnız əməkdaşlıq hesabına biz xarici məqsədlərə nail ola bilərik. Bəzi ölkələr var, görəndə ki, qonşunun vəziyyəti ağırdır, onu daha da ağırlaşdırmaq istəyir, nəsə qoparmaq istəyir. Bu, çox yanlış siyasətdir. Bəlkə də qısamüddətli xeyir gətirə bilər, ancaq o ölkələrin vətəndaşlarının yaddaşında bu, həmişə qalacaqdır ki, fürsət düşdü, məndən bu şeyi aldı, halbuki, almamalı idi. Bizim siyasətimiz ondan ibarətdir ki, əgər qonşu ölkə, yaxud da hansısa başqa ölkə dar gündədirsə və sənin kömək etmək imkanın varsa, sən kömək etməlisən. Bu, gələcəkdə sənə qayıdacaq, daha böyük dividendlər əldə edəcəksən. Ona görə bu amili nəzərə alaraq, biz bu təşəbbüslə çıxış etdik. Eyni zamanda, gördük ki, - bunu artıq 10 il bundan əvvəl görmüşük, - artıq dünyada tendensiyalar mənfi istiqamətə gedir. Hazırda bunu görməyən yoxdur. Hər kəs görür ki, dünyada, o cümlədən Avropada ayrı-seçkilik meyilləri güclənir. Ancaq biz bunun təzahürlərini təxminən 10 il bundan əvvəl görməyə başladıq və "Bakı Prosesi" adlandırılan layihəni, siyasi təşəbbüsü irəli sürdük. Bu haqda kifayət qədər danışılıb. Çox da geniş şərhə ehtiyac yoxdur. "Bakı Prosesi" bu gün BMT tərəfindən çox önəmli, bəlkə də ən vacib platforma kimi tanınır. Bu proses çərçivəsində əməkdaşlıq daha yeni pilləyə qalxdı. Deyə bilmərəm ki, bu proses bu sahədə hansısa bir dönüş yaratdı. Ancaq, eyni zamanda, bax, Bakıda keçirilmiş Dünya Dini Liderlərinin İkinci Zirvə Görüşü bir daha göstərdi ki, bunun böyük faydası var. Eyni zamanda, Bakıda ənənəvi olaraq Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumu və "Bakı Prosesi" çərçivəsində aparılan işlər dini və milli zəmində olan ixtilafların azaldılmasına xidmət göstərir. Bu gün Azərbaycanın rolu artıq birmənalı şəkildə tanınır və təqdir edilir.

Deyə bilərəm ki, dünya miqyasında Azərbaycan qədər bu məsələyə diqqət yetirən və nəticə əldə edən ikinci ölkə tapmaq çətindir. Bunu təkcə mən demirəm, bunu Azərbaycanda milli-mənəvi dəyərlər, dinlərarası dialoq sahələrində əldə edilmiş uğurları tanınmış və aparıcı siyasi və dini liderlər qeyd edir. Misal üçün, İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi dəfələrlə Azərbaycanda müsəlman dininə olan hörmətə və müsəlman dininin dünyada sülh, mərhəmət dini kimi təqdim edilməsində gördüyümüz işlərə çox böyük qiymət vermişdir. Aparıcı müsəlman ölkələrinin rəhbərləri bunu açıq şəkildə ifadə etmişlər. Biz birinci ölkə və yeganə müsəlman ölkəsi olmuşuq ki, müsəlman tarixinə, mədəniyyətinə aid sərgini Vatikanda keçirdik. Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq. Təsadüfi deyil ki, müsəlman ölkələrinin rəhbərləri bu sahədəki fəaliyyətimizə yüksək qiymət verirlər.

Eyni zamanda, bu Zirvə Görüşündə iştirak etmiş Moskva və bütün Rusiyanın patriarxı Kirill öz çıxışında və rəsmi bəyanatlarda Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət vermişdir. Bakıda bir neçə il bundan əvvəl rəsmi səfərdə olmuş Roma Papası Fransisk də bu sahədə Azərbaycanda görülən işlərə yüksək qiymət vermişdir. Bunu deyən dini liderlərdir. Bunu deyən adamların arxasında milyardlarla insan var. Bütün bu liderlər bizim bu sahədəki fəaliyyətimizi qiymətləndirirlər. İkinci belə bir ölkə tapmaq mümkün deyil ki, bütün bu ənənəvi dinlərin rəhbərləri Azərbaycanda görülən işlərə eyni fikirlə yüksək qiymət versinlər. Əlbəttə ki, böyük nailiyyətimizdir.

Hesab edirəm ki, bizim yaratdığımız platforma bu gün yüksək səviyyədə qiymətləndirilir və buna ehtiyac var. Bütün bu forumlardan sonra mənim ikitərəfli görüşlər əsnasında yəqin etdiyim odur ki, bütün iştirakçılar çox böyük minnətdarlıqla bizə müraciət edərək deyirlər ki, nə yaxşı ki, siz bu işi öz üzərinizə götürmüsünüz. Ona görə, yenə də deyirəm, bu, ilk növbədə, bizim özümüzə lazımdır, regionumuza lazımdır, dünyaya lazımdır".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az