• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-12-2019, 10:18

Prezident İlham Əliyev: TANAP layihəsi bizim strateji aktivimizdir

Prezident İlham Əliyev: TANAP layihəsi bizim strateji aktivimizdir

TANAP layihəsi bizim strateji aktivimizdir.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Dövlət başçısı vurğulayıb:

"TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə. Yəni, bu layihəyə bəri başdan daha böyük vəsait nəzərdə tutulurdu. Ancaq inşaat zamanı böyük qənaətlə bu layihə icra edildi və artıq Azərbaycan qazı Avropa İttifaqının sərhədinə gətirilib çıxarıldı. Ona görə Türkiyə-Yunanıstan sərhədində bu ilin noyabrında keçirilmiş mərasim xüsusi əhəmiyyət daşıyırdı.

TANAP layihəsi bizim strateji aktivimizdir. Bu layihənin icra edilməsi üçün biz böyük səylər göstərmişik. Çünki biz hamımız yaxşı xatırlayırıq ki, Azərbaycan qazını daha böyük həcmdə Avropa qitəsinə nəql etmək üçün bir neçə layihə irəli sürülmüşdü. Onlardan biri "Nabukko" idi, başqa layihələr də var idi. Bu layihələr ətrafında çoxsaylı müzakirələr aparılırdı, konfranslar təşkil edilirdi. Faktiki olaraq, biz bir neçə il vaxt itirdik. Çünki bu layihənin əsas amili yox idi: bunun pulunu kim verəcək? Ölkələr arasındakı koordinasiyanı kim aparacaq? İlkin mərhələdə Avropa İttifaqı bu missiyanı öz üzərinə götürmüşdü və ölkələr arasında koordinasiyanı aparmağa çalışırdı. Dediyim bu simpoziumlar, konfranslar, təqdimatlar bu məqsədi daşıyırdı. Ancaq biz də iştirak edirdik və şəxsən mən dəfələrlə iştirak etmişəm. Hər dəfə görürdüm ki, burada konkret məsələlərdən söhbət getmir. Yaxşı şüarlar səsləndirilir, yaxşı təqdimatlar edilir. Ancaq bunu necə edək, kim edəcək, kim öz üzərinə götürəcək, bu məsələ açıq olaraq qalırdı. Biz bu məsələyə toxunanda bizə çox mücərrəd cavablar verilirdi, başa düşə bilmirdik ki, bu, nə məsələdir. Ona görə, biz görəndə ki, bu məsələ artıq öz həllini tapmır, "Şahdəniz-2" layihəsinə sanksiya vermək üçün isə mütləq bu məsələ öz həllini tapmalı idi. Çünki əks-təqdirdə kim bu qədər vəsaiti qazma işlərinə istiqamətləndirəcək ki, əgər bunun bazarı yoxdur. Qaz bazarında sən əvvəlcədən gərək kontrakt bağlayasan, ondan sonra qazma işləri aparasan. Bu, neft deyil ki, istənilən yerə satmaq olar. Bu, bazara bağlı olan məhsuldur. Ona görə biz görəndə ki, bu məsələ yerində sayır, o vaxt təşəbbüs irəli sürdük və Türkiyə tərəfinə bunu təqdim etdik. Təklif etdik ki, bu layihənin adı TANAP olsun - Trans-Anadolu kəməri. Türkiyə tərəfindən müsbət reaksiya verildi. Beləliklə, 2012-ci ildə mən və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda bu tarixi anlaşmanı imzaladıq. Ondan təqribən bir il sonra "Şahdəniz" konsorsiumu "Şahdəniz-2" layihəsinin işlənilməsinə sanksiya verdi. Yəni, bu, bir-biri ilə sıx bağlı olan məsələlər idi. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2" də havada qalacaqdı və bu gün biz bu layihəni icra edə bilməzdik. Məhz buna görə TANAP-ın çox böyük əhəmiyyəti var. Çünki bu, imkan verdi ki, "Şahdəniz" qaz-kondensat yatağı tammiqyaslı işlənilsin və beləliklə, orada bir trilyon kubmetrdən çox olan təbii qaz hasil edilsin, nəql edilsin. İkinci məsələ, bu, nə üçün bizə lazımdır? Əgər TANAP imzalanmasaydı, bu gün artıq hasilata hazırlaşan "Abşeron" yatağı da qalacaqdı. Heç kim oraya vəsait qoymayacaqdı. "Abşeron" yatağından da biz ən azı 300 milyard kubmetr qaz hasilatı gözləyirik. Xarici investor da oraya əsas vəsaiti qoyur. Əgər qaz kəməri olmasaydı, kim buna vəsait qoyardı? Bizim digər yataqlardan təbii qaz çıxır, o cümlədən səmt qazı. İndi səmt qazını da biz qəbul edirik. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yatağında "dərin qaz" adlandırılan böyük qaz ehtiyatı var. Biz onun da istismarına yaxınlaşırıq. Ona görə TANAP burada xüsusi rol oynayıb. Bu, sadəcə olaraq, bir kəmər deyil ki, Türkiyə ərazisindən keçir. Bu, həm Türkiyəni təmin edəcək və artıq edir, Gürcüstanı, Avropanı da. Eyni zamanda, imkan verəcək ki, biz bütün qaz ehtiyatlarımızı işə salaq, xarici investorları cəlb edək, yenə də milyardlarla dollar vəsait qoyulacaq. Beləliklə, Azərbaycan gələcəkdə qazın ixracından vəsait qazanacaq. Çünki bizim neft yataqlarımız artıq bəllidir. Düzdür, indi xarici şirkətlərlə yeni layihələr işlənilir. Əminəm ki, onlar da imzalanacaq. Artıq imzalanmış layihələrdən də yaxşı nəticələr gözləyirik. Ancaq uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır. Ona görə TANAP-ın çox böyük əhəmiyyəti var.

Eyni zamanda, TANAP Avropa qaz kəmərinin - "Trans-Adriatik", yəni, TAP adlandırılan kəmərin inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi artıq 90 faizi ötübdür.

Onu da bildirməliyəm ki, bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olubdur. Cənub Qaz Dəhlizinin təşəbbüskarı və əsas təşkilatçısı Azərbaycan olubdur. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir: "Şahdəniz-2", Cənubi Qafqaz Kəməri, TANAP və TAP. Onların hər birində Azərbaycan iştirak edir. TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq. TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır. Əminəm ki, Cənub Qaz Dəhlizi, hansı ki, biz keçən il rəsmi açılışını etdik, gələn il tam işə düşəcək".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az