• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
1-11-2019, 11:42

ABŞ Konqresinin Reybörn binasının qarşısında Ermənistan əleyhinə aksiya - VİDEO - FOTO

ABŞ Konqresinin Reybörn binasının qarşısında Ermənistan əleyhinə aksiya - VİDEO - FOTO

Xəbər verildiyi kimi, oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "xarici işlər naziri" kimi təqdim edən Masis Mailiyan Vaşinqtona səfər edib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazandırmaq məqsədi daşıyan tədbir keçirib.

Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ-dakı "nümayəndəliyi", Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə ermənipərəst qanunvericilər də dəvət olunub.

Tədbirlə eyni vaxtda Reybörn binasının qarşısında Azərbaycan icması tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib. Aksiyada Vaşinqton və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayiş iştirakçıları əllərində erməni liderlərinin - Bako Saakyanın, Serj Sarkisyanın və digərlərinin hərbi cinayətkar olmalarını təsvir edən plakatlar tutub, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Ermənistanın vassal dövlət olması, müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar.

Qondarma rejimin tədbirinin başlanmasından bir neçə dəqiqə əvvəl erməni lobbi təşkilatının üzvlərindən biri azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxaraq qondarma "erməni soyqırımı"ndan danışaraq təxribata cəhd edib. Lakin polis əməkdaşları təxribatın qarşısını dərhal alıblar.

Ermənilərin bu tədbiri Konqresin binalarından birində keçirmələri onun Vaşinqton şəhərinin hər hansı başqa binasında keçirilən tədbirlə müqayisədə daha əhəmiyyətli olması demək deyil. ABŞ Konqresinin 435 üzvündən hər biri Konqresin binasında hər hansı tədbir üçün otaq sifariş edə bilər. Ermənilərin tədbirinin Konqresin binalarının birində keçirilməsinin əsas səbəbi konqresmenləri şirnikləndirmək məqsədilə bu kiçik tədbirin əhəmiyyətini şişirtmək olub, habelə Ermənistanın işğal olunmuş ərazilərdəki qondarma rejimə "legitimlik" qazandırmağa xidmət edib.

Erməni lobbi təşkilatları son həftə ərzində qanunvericilərə məktublar göndərərək onları şirnikləndirmək yolu ilə bu tədbirə dəvət ediblər. Lakin onların səyləri puç olub. ABŞ Azərbaycanlıları Şəbəkəsi qanunvericiləri Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib. Kampaniya nəticəsində ABŞ konqresmenlərinə və senatorlarına, yerli media qurumlarına və Dövlət Departamentinə ünvanlanan məktublarda Ermənistanın qeyri-müstəqilliyi, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin kriminal və qeyri-legitim olması və bu ölkənin ABŞ-ın milli maraqlarına qarşı fəaliyyəti, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinin işğalçı ölkə tərəfindən yerinə yetirilməməsi barədə məlumat verilib. Bundan əlavə, ABŞ Azərbaycanlıları Şəbəkəsi Konqresin bütün üzvlərinə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə daha ətraflı məktub göndərib və qondarma rejimi Vaşinqtonda reklam edən ermənipərəst şəxslərə və qurumlara məhəl qoymamağa, Azərbaycanın ərazisində mülki əhaliyə qarşı bir neçə qətliam törətmiş hərbi cani qrupunu təmsil edən Masis Mailiyanın dəvətini rədd etməyə və dövlət siyasəti ABŞ-ın milli maraqlarına zidd olan Ermənistanı pisləməyə çağırıb.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az