• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-10-2019, 11:27

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafətdə iştirak ediblər - FOTO

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafətdə iştirak ediblər - FOTO

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi ziyafət verilib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

Dövlətimizin başçısı rəsmi ziyafətdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən sizin hamınızı bir daha salamlayır, "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.

Zirvə Görüşümüzün birinci günü başa çatır. Sabah işimizi davam etdirəcəyik. Hərəkata üçillik sədrlik səlahiyyətlərinin yekdilliklə Azərbaycana verilməsinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm.

Azərbaycan öz prioritetlərini tarixi Bandunq prinsipləri üzərində quracaqdır. Məqsədimiz üzv dövlətlərlə birgə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, dayanıqlı inkişafa və ədalətin təmin olunmasına töhfələr verməkdir.

Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşür.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Qoşulmama Hərəkatının sənədlərində əks olunan, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlara görə təşəkkürümü bildirirəm. Biz bu dəstəyi yüksək qiymətləndiririk.

Ölkəmizin Hərəkata sədrliyi dövründə üzv dövlətlər arasında həmrəylik və qarşılıqlı dəstək münasibətlərinin təşviqi prioritetimiz olacaqdır. Biz, həmçinin üzv ölkələr arasında mövcud olan məsələlərin, yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağıq.

BMT Baş Assambleyasından sonra üzv dövlətlərin sayına görə ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının bu iki gün ərzində - bu gün və sabah Bakıda keçirilən Zirvə Görüşü dünya miqyasında ən önəmli hadisədir.

Ümid edirəm ki, nümayəndə heyətlərinin üzvləri imkan tapıb paytaxt Bakı ilə tanış olacaqlar. Bakı dünyanın ən qədim şəhərlərindən biridir. Ən azı 20 min il tarixi olan Qobustan petroqlifləri, VI əsrə aid olan Qız qalası, XII əsrdə inşa edilmiş İçərişəhər, Qala divarları və Şirvanşahlar Sarayı kimi abidələrimiz UNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Üç ay bundan əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qədim Azərbaycan şəhəri olan Şəkinin tarixi mərkəzi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malikdir. Ölkəmizdə mövcud olan tarixi abidələr bunu əyani şəkildə təsdiq edir. Azərbaycan ərazisində eramızdan əvvəl birinci əsrdə yaradılmış və böyük bir ərazini əhatə etmiş Qafqaz Albaniyasına aid çoxlu tarixi abidələrimiz mövcuddur. Belə abidələrdən biri də Şəki rayonunun Kiş kəndindəki alban məbədidir.

On üç əsr bundan əvvəl, 743-cü ildə inşa olunmuş Şamaxı Cümə Məscidi Qafqazda və Yaxın Şərqdə ən qədim məscidlərdən biridir. Zaman-zaman təbii fəlakətlərdən və qəsdlərdən zərər çəkmiş bu qədim məsciddə sonuncu dəfə mənim Sərəncamımla əsaslı təmir və bərpa işləri aparılmış, 2013-cü ildə məscidin açılışı olmuşdur. Bakı yaxınlığında atəşpərəstliyin erkən orta əsrlərə aid Atəşgah məbədi mövcuddur. Bizim dini və etnik müxtəlifliyimiz böyük sərvətimizdir. Bu il biz qədim Şamaxı şəhərində dünyaya gəlmiş böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edirik. Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan olunmuşdur. Azərbaycan dünya mədəniyyətinə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, böyük sərkərdə və şair Şah İsmayıl Xətai və digər dühalar bəxş etmişdir. Onların əsərləri dünya ədəbiyyatının inciləri sırasına daxildir.

Bakı şəhəri müntəzəm olaraq sanballı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bunların sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. 2008-ci ildən bizim təşəbbüsümüzlə həyata keçirilən "Bakı Prosesi" və onun məntiqi davamı olaraq təsis edilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platforma kimi BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənir. Gələn ay isə ölkəmizdə Dünya Dini Liderlərinin II Sammiti keçiriləcəkdir. 2015-ci ildə Azərbaycanda keçirilmiş birinci Avropa Oyunlarında, 2017-ci ildə ölkəmizdə təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə Avropa və müsəlman dünyasını təmsil edən 104 ölkədən idmançılar iştirak etmişlər. Söz düşmüşkən, Azərbaycan komanda hesabında Avropa Oyunlarında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutmuşdur. İdman Azərbaycanın dövlət siyasətini təşkil edir. Rioda keçirilmiş son yay Olimpiya Oyunlarında ölkəmiz qazanılan medalların sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman aləmində isə 1-ci yeri tutmuşdur. Onu da deyim ki, hər il Bakı şəhəri 500 milyon tamaşaçısı olan Formula 1 yarışlarına da ev sahibliyi edir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bizim tarixi abidələrimizlə yanaşı, gözəl təbiətimiz, mülayim iqlimimiz, zəngin mətbəximiz və ən əsası isə qonaqpərvər xalqımız var. Müasir infrastruktura malik Bakı şəhəri isə dünyanın ən gözəl və təhlükəsiz şəhərlərindən biridir. Ümid edirəm ki, nümayəndə heyətləri buradan ən xoş təəssüratlarla ayrılaraq Bakıya bir daha qayıtmaq istəyəcəklər. İnanıram ki, Bakı haqqında qəlbinizdə daim xoş xatirələr qalacaqdır.

Sağ olun.

x x x

Rəsmi ziyafət konsert proqramı ilə davam edib.

Nyus.Az

[center]





















Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az