
Prezident İlham Əliyev Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Aydın Əli oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Nyus.Az

























