
Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutdu. Nyus.Az bildirir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edildi.
ABŞ-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva yazıb.
Nyus.Az

























